144 30-01-2018

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

Bakı DövlətUniversitetində bu ali təhsil ocağı, Nəqliyyat,Rabitəvə Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıqhaqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq, onlara universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əməkdaşlıq əlaqələrinin və imzalanacaq memorandumun əhəmiyyətini qeyd edərək beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən elmi və elmi-texniki proqramlarda, təcrübələrdə iştirakın vacibliyini bildirib.

Antiproton və İon Tədqiqatları Mərkəzini Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino Almaniyanın nüvə tədqiqat mərkəzləri və bu istiqamətdə fəaliyyət göstərən universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib.

Görüşdə rəqabət qabiliyyətinin artırılması, sosial və iqtisadi sistemlərin inkişaf etdirilməsi, sosial-iqtisadi həyat standartlarının yaxşılaşdırılması üçün elm və texnologiyada əməkdaşlığın əhəmiyyəti mühüm amil kimi qiymətləndirilib, Azərbaycan ilə Almaniya elmi cəmiyyətləri arasındakı əlaqələri daha da gücləndirmək, tədqiqat mərkəzləri arasında yeni əməkdaşlıq formalarını təşviq etməyin zəruriliyi qeyd edilib. Sonra rektor, akademik Abel Məhərrəmov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Antiproton və İon Tədqiqatları Mərkəzinin Elmi İdarəetmə direktoru, professor Paolo Giubellino tərəfindən üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər