190 30-01-2018

Bakı Dövlət Universiteti “Milli Nüvə Tədqiqatları Mərkəzi” ilə niyyət protokolu imzalayıb

Bakı Dövlət Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin direktoru, akademik Adil Qəribov və Almaniyanın Nüvə Tədqiqat Mərkəzinin Ağır ionların elmi tədqiqatları mərkəzində institut direktoru Peter Braun-Munzingerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.  Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti, o cümlədən Fizika fakültəsində nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası, radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr hazırlığı barədə məlumat verib.  Rektor Almaniya universitetləri ilə nüvə fizikası sahəsində əməkdaşlığın,  bu sahə üzrə beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi və elmi-texniki proqramlarda, təcrübə və tədqiqatlarda iştirakın vacibliyini bildirib.

Akademik Adil Qəribov “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs edib.

Çıxış edən direktor Peter Braun-Munzinger BDU ilə CERN və Almaniyanın nüvə tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsindən bəhs edib. Görüşdə CERN və Almaniyadan alınmış nəhəng məlumatlar toplusunun BDU-da analizi və nüvə fizikasının müasir problemlərinin tədqiqi və s. müzakirə edilib.

Sonra almaniyalı mütəxəssislərin iştirakı ilə Bakı Dövlət Universiteti və “Milli Nüvə Tədqiqatları Mərkəzi” arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.  Niyyət protokolunda qarşılıqlı maraq kəsb edən elmi-texniki fəaliyyət sahələri  üzrə beynəlxalq və respublika əhəmiyyətli elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərə Mərkəzin təşkilatı və iştirakçı kimi dəvət olunması nəzərdə tutulub. Protokolda Mərkəzdə universitetin “Maddə quruluşu” kafedrasının filialının və ya baza kafedrasının yaradılması, gələcəkdə digər bəzi baza kafedralarının da yaradılması, eləcə də universitetin tələbə, magistr və doktorantlarının nüvə ölkələrində və Mərkəzin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarda tədris və təlim kurslarına cəlb olunması üçün tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.

Görüşdə yaxın gələcəkdə Almaniyanın Nüvə Tədqiqat Mərkəzi ilə də bu sahədə əməkdaşlıqla bağlı niyyət protokolunun imzalanmasının nəzərdə tutulduğu qeyd edilib.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub