559 09-02-2018

Mənim həyat fəlsəfəm...

Həyatın ağ və qara  üzü... Bəzən kiməsə yalnız qara üzünü göstərir, kiminə də ağ. Amma hər nə olsa da yaşamağa məcbur edir. İstəsən də, istəməsən də... An olur ki, özünü bir baramanın içində çıxış yolu axtararkən tapırsan. Bəzən də elə çıxış yolu axtarmaqdan da yorulursan, tükənirsən. Amma o yolları axtarmasan da olmaz, özündən  də biixtiyar buna məcbursan. Həyat daim mübarizələr, çətinliklər, eniş–yoxuşlar, çəkişmələr, arabir də asanlıqlar deməkdir...

 Fani dünya...

Bu dünyaya “fani” sözü boş yerə deyilməyib. Bəlkə də bu, insanların fani olmalarından qaynaqlanır. Aldadacaq qədər, unudacaq qədər, güvənini qazanıb, səni arxadan vuracaq qədər, qəlbi incidəcək, yoracaq qədər, həyatdan küsdürəcək qədər, cilddən–cildə girəcək qədər, dost deyib düşmən olacaq qədər, sona qədər yanındayam, arxandayam deyib bir anın içində atacaq, tərk edəcək qədər, bəzən öz yalanlarına çox ustalıqla inandıracaq qədər, bəlkədə heç vaxt tutmayacağı vədlər verəcək qədər və sonda bu bağlı olduqları dünyanı əbədi tərk edəcək qədər fanidirlər. Bu, həyatda hər şeyin yalnız pis olduğu anlamına gəlməz, əsla!  Bu dünyada  saflıq, dürüstlük, möhkəm dostluq, ülvi məhəbbət, dar gündə yanında olmaq, sahib çıxmaq, verilən vədlərin arxasında durmaq da var... Az olsa da var. Buna inanmaq istəyirəm. Deyirlər, inamının gücünə şübhə etməsən, hər zirvəni fəth edərsən. Ona görə bəzən elə inanmaq, ümid etmək və səbr ən düzgünü olur.

Bu həyat güclülərin həyatıdır, yalnız onlar üçün asan ola bilər. Həyatda mübarizəni bacarmaq lazımdır, çünki həyatın özü bir mübarizədi. Mübariz olmaqsa insanın maddiyyatı ilə deyil, mənəviyyatına bağlıdır. Yəni, bir insanın mənəvi gücünə heç bir maddi və fiziki güc çata bilməz. Məncə iradəli olmaq hər situasiyada gülməyi bacarmaq, ən böyük acılara qalib gəlmək, onları şükürlə qarşılamaq, bunu sənə verilən bir sınaq sayıb üzü ağ çıxmağa çalışmaq, iradəli olmaq, mənliyini, şəxsiyyətini hər vəcdə qoruyub saxlamaq, Yaradana, Allaha sığınmaq və nə olursa-olsun hər vəziyyətdə özün olmağı, özün olaraq düşünüb, ən düzgün qərarı almağı bacarmaqdır. Həyatda hər qarşılaşdığın maneə səni daha da güclü edər. Sadəcə verilən zamanı hədər keçirməmək, anlamını duymaq, önünə çıxan hər pilləni özün olaraq aşmaq, həmçinin də, gözəllikləri görmək, duymaq, bir sözlə, həyatın ahəngini tutmaq lazımdır.

Tələsək...

 Zamanın azdır. Bu gün sən zamanın çoxdur sanarsan, amma bir göz qırpımında keçər o zaman... Həyatda məqsədli olaraq yaşamaq daha gözəl yaşamaqdır. Məqsədsiz insanlar axar çayın üstündə saman çöpünə bənzəyərlər. Çay necə axsa, çöp də məcburdur ona tabe olsun, yalnış olsa belə. Əslində həyatda baş verən bütün uğursuzluqlarda yeni bir uğurun başlanğıcı var. Hər bir eniş yenidən yüksəliş üçündür.

Mənəvi güclü insanı heç kim və heç nə məhv edə bilməz. Bunu illər ötdükcə daha yaxşı anlayıram. Bütün bu mübarizələrin insanı necə böyütdüyü də mənə agahdır. Mənim...? Mənimsə cəmi 17 yaşım var. İllərdən çox insanı yaşadıqları mübarizələri böyüdür. Bəlkə də bu fikirlər, 17 yaşlı biri üçün yaşından çox böyükdür, amma insanı yaşı deyil həyatı böyüdür. Bütün bunlar həyatın yalnız   ağ–qara olması anlamına gəlməz. Bəzən böyük uğurlar üçün böyük mübarizələr aparmaq lazım gəlir. Zirvəni fəth edəndən sonra həyatın rəngləri gözünün önündə canlanır. Zəhmətdən sonrakı sevinc bu mübarizənin əsl istirahəti olur. Bunlar mənim bu gün düşündüklərimdir. Hər üzümə gələn ildə isə yeni rənglər, yeni duyğular olacaq. Ona görə həyat yaşandıqca bu mövzu da bitməz, tükənməz. Amma yaşamağa, yaşatmağa, sevməyə və sevilməyə dəyər. Çünki həyat gözəldir........!

Ağazadə Vəcihə

Kimya fakültəsi, 1-ci kurs tələbəsi

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları