440 19-02-2018

"İctimaiyyətlə əlaqələr işində üç qızıl qayda var" - Bakıya gəlmiş əcnəbi PR mütəxəssislərindən MƏSLƏHƏT    

 

Günümüzdə hər hansı bir uğurlu müəssisəni İctimaiyyətlə əlaqələr şöbəsi (Public Relations, PR) olmadan təsəvvür etmək çətindir. İctimaiyyətlə əlaqələr sahəsində çalışan mütəxəssislər müəssisə və ictimaiyyət arasında qarşılıqlı faydalı əlaqələri asanlaşdırmağa xidmət edirlər. Onların düzgün fəaliyyəti nəticəsində müəssisələrin imici formalaşır. İctimaiyyətlə əlaqələr və reklam tez-tez sinonim kimi işlədilsə də, kütləvi kommunikasiyanın tamamilə fərqli formalarıdır. Belə ki, reklamdan fərqli olaraq, İctimaiyyətlə əlaqələr işi ən qısa zamanda satış əldə etməyə yox, zamanla, dürüst fəaliyyət göstərməklə, o cümlədən insanların rəğbətini qazanmaqla ictimai imiclərini formalaşdıraraq uzun müddətli münasibətlərin qurulmasına xidmət etməlidir.
 

İnkişaf etmiş bir çox dövlətlərdə İctimaiyyətlə əlaqələr ixtisas olaraq dörd il tədris edilir. ABŞ-da təxminən 87000-dək ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisin çalışdığı 7 000 İctimaiyyətlə əlaqələr agentliyi var. Ölkəmizdə isə bu sahə son illər inkişaf etsə də, bəziləri işlərinin mahiyyətinə belə vara bilmirlər. Bu isə təbii olaraq, onların PR istiqamətində nailiyyət əldə etmələrinə maneçilik yaradır. Ləkələnmiş imici asanlıqla təmizə çıxarmaq isə mümkün deyil.
 

Bəs, İcimaiyyətlə əlaqələr peşəsində uğur qazanmağın qızıl qaydaları nələrdir?Bakıda ilk dəfə keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumuna qatılan uzun illər PR sahəsində çalışan xarici mütəxəssislərə məhz bu sualla müraciət etdik.
 

PR və kommunikasiyanın idarə edilməsi üzrə Qlobal Alyansın rəhbəri Jose Manuel Velasco İctimaiyyətlə əlaqələr işində üç qızıl qaydanın olduğunu vurğulayır:
 

“İctimaiyyətlə əlaqələr işində üç qızıl qaydadan birincisi həqiqəti yaymaqdan ibarətdir. Hisslər, emosiyalar faktlara qətiyyən təsir etməməlidir. İkincisi, trendlər və ictimai davranışlar nəzərə alınmalıdır. Yəni İctimaiyyətlə əlaqələr üzrə xidmət göstərən mütəxəssis taktikalarını ətraf mühitə uyğunlaşdırmağı bacarmalıdır. Və nəhayət, üçüncüsü, bu peşəni seçən hər bir mütəxəssis ünsiyyət vasitəsilə dəyər yaratmaq qabiliyyətinə malik olmalıdr. Yəni, maraqlı tərəfləri təmkinlə dinləməli və yaranan problemlərə aydınlıq gətirməyə çalışmalıdır”.


“STAGE” PR şirkətinin rəhbəri, Beynəlxaq PR Assosiasiyasının (İPRA) sabiq prezidenti Zehra Güngör İctimaiyyətlə əlqalər işini öyrənməyin bir həyat boyu davam etməli olduğunu deyir: 
“Bu peşəni öyrənmək üçün hər gün çalışmaq lazımdır. Çünki sabit dayanan peşə deyil, daim hərəkətdədir. Ona görə də bununla ayaqlaşmaq lazımdır. PR sahəsində uğur qazanmaq istəyənlər çox oxumalı, hər gün dünyada baş verən bütün hadisələrdən xəbərdar olmalıdırlar. Onlar unutmamalıdırlar ki, müəyyən bir sahədə çalışsalar da, dünyada baş verən bütün prosesləri mükəmməl bir şəkildə izləmək məcburiyyətindədirlər”.

Müsahibimiz PR ixtisası üzrə dörd il təhsil alınmağına da qarşı olduğunu bildirir: 
“Dünyada insanlar İctimaiyyətlə əlaqələr ixtisasına yiyələnmək üçün bakalavr səviyyəsi üzrə dörd il təhsil alırlar. Mən buna tamamilə qarşıyam və iki il magistratura səviyyəsi üzrə təhsil almağın daha doğru olduğunu düşünürəm. Yaxşı olar ki, bunun əvəzinə həmin o dörd il müddətində fəlsəfə, sosiologiya, psixologiya, iqtisadiyyat, siyasət kimi elmlərə yiyələnsinlər və sonra magistraturada PR öyrənsinlər”.


Zehra Güngör İctimaiyyətlə əlaqələr işinin asan olmadığını xüsususilə vurğulayır: “İctimaiyyətlə əlaqələr işi olduqca çətindir. Mən bunu “kommunikasiya mühəndisliyi” adlandırıram. Hesabı bilməyən PR işini müvəffəqqiyyətlə həyata keçirə bilməz”.


İPRA-nın üzvü, Qazaxıstan mətbuat klubunun prezidenti Asel Karaulova ictimaiyyətlə əlaqələr işində strateji baxımdan yanaşmaya diqqət çəkir:

“İlk olaraq strategiyanı düzgün müəyyənləşdirmək, kiminlə işləyəcəyini bilmək lazımdır. Çoxları deyir ki, bu sahədə yaradıcı olmaq önəmlidir. Ancaq yerli imkanlara uyğun, oraya aid ənənələr nəzərə alınmaqla yaradıcılıq nümayiş etdirilməlidir”.

O, hədəf auditoriyasını dəqiqləşdirməyin də önəmli olduğunu əlavə edir: 

“Hədəf auditoriyasını bilmək çox vacibdir. Təbii ki, kommunikasiya qurmaq qabiliyyətinə malik olmayan PR mütəxəssisi işini yaxşı həyata keçirə bilməz. Ən önəmlisi isə müştəriyə və çalışdığı müəssisəyə keyfiyyətli xidmət göstərmək üçün nəyin doğru, nəyin yanlış olduğunu dərk tmək lazımdır”.


Rada Research & Public Relations Co. şirkətinin Prezidenti, İPRA-nın İdarə heyətinin üzvü Loula Zaklamanın cavabı da digər müsahiblərimizin qızıl qaydalarına uyğundur:

“PR sahəsində uğur qazanmaq istəyirsənsə, ən önəmlisi dürüst olmalısan, yalan məlumat yaymamalısan. Şəffaflıq olmadığı təqdirdə, nəinki uğur qazana, tamamilə iflasa uğraya bilərsən. Üstəlik, auditoriya və təqdim etmək istədiyin material barədə bilgilərə də tam sahib olmağa çalışmalısan”.

 
Anzulə Əmirova

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”