673 19-02-2018

Gülümsəməyi unutmayın! 

“Əxlaq kitabı yazmalı olsaydım, gülər üzlülüyü vəzifələrin başına qoyardım”,

 Alain Badiou

Bu günlərdə oxuduğum məlumata görə, Avropa ölkələrindən birində 75 yaşlı Milton adlı bir kişi iki kilometr yol getdikdən sonra körpüyə çatdıqda intihar edib və bundan əvvəl belə bir qeyd yazıb: “Əgər yolda biri mənə gülümsəsə, intihar etməyəcəyəm”

Onun intiharından belə məlum olur ki, yol boyu bir nəfər də olsun Miltona gülümsəməyib. Bunu oxduqda müəllimlərimdən birinin dediyi sözləri xatırladım: "Təsəvvür edin cins, irq, din fərqi qoymadan qarşınızdan keçənlərə yol boyu gülümsəyirsiniz, sadəcə İNSAN olduğu üçün. Nə qədər də gözəldir, elə deyilmi?”.

O zaman da bu fikirlər qəlbimi titrətmişdi… Bu məlumatı oxuduqdan sonra gülümsəmənin insan həyatında nə qədər önəmli olduğu daha da aydın oldu.

Təəssüflər olsun ki, bir çoxlarımız xırda şeylərə əhəmiyyət vermirik, böyük məqsədlərin ardınca qaçır, sevdiklərimizə onları nə qədər sevdiyimizi söyləməyi, sadəcə gülümsəməyi, gün ərzində xoş sözlərdən istifadə etməyi və ən önəmlisi anı yaşamağı unuduruq.

Halbuki gülmsəmək dünyanın ən asan edilə bilən hərəkətlərindəndir. Belə ki, alimlərin tədqiqatlarına əsasən qaş-qabaqlı vəziyyətdə 43 üz əzələmiz işləsə də, gülümsəmək üçün cəmi 17 üz əzələsi kifayət edir.

Psixoloqlar isə gülümsəməyin insanda ağrı-acı hissini azaldaraq onun daha xoşbəxt hisslər keçirməsinə səbəb olduğunu bildirirlər. Gülməyin yoluxucu olduğu, yəni kimisə gülərkən gördükdə beynin bunu güzgü neyronları vasitəsi ilə təqlid etdiyini və qarşı tərəfin də gülümsəməsinə təsir etdiyi sübut edilib. Odur ki, gündəlik qayğılar nə qədər çox olsa da, gülümsəməyi unutmayınTürkiyəli yazar Ahmet Şerif İzgörenin də dediyi kimi, "Gülümsəmək elə bi şeydir ki, daşı suya atdığınızda yayılan dalğalar kimi üzdən üzə yayılar."

Samirə Əliyeva,

Jurnalistika fakültəsi,

2-ci kurs tələbəsi

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları