1423 26-02-2018

BDU-nun Rus Mərkəzinin növbəti uğuru

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova 2017-ci ilin "Ən yaxşı rus dili və ədəbiyyatı müəllimi" seçilib. Rossotrudniçestvonun Azərbaycandakı rəhbəri Denisov Valentin Petroviç tərəfindən diplomla təltif edilən A.Məmmədova BDU nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin uğurlu fəaliyyətinə görə dəfələrlə təşəkkür məktublarına və “Rus dünyası” Fondu idarə heyətinin icraçı direktoru Vyaçeslav Nikonov tərəfindən rus dilinin, mədəniyyatının, elminin, tarixinin və ənənələrinin uğurla populyarlaşdığına görə diploma layiq görülüb. “Bakı Universiteti” beş ildir ki, uğurla fəaliyyət göstərən mərkəzin rəhbəri Arzu Məmmədova ilə müsahibəni təqdim edir:

- Arzu xanım, əvvəlcə sizi "Ən yaxşı rus dili və ədəbiyyatı müəllimi" seçilməyiniz münasibətilə təbrik edirik. Rəhbərlik etdiyiniz mərkəz barədə qısaca da olsa məlumat verərdiniz...

- Rus Mərkəzi «Russkiy Mir» Fondunun təşəbbüsü ilə qabaqcıl tədris-metodik mərkəzləri ilə birlikdə yaradılmış tədris-elmi strukturudur. Bakı Dövlət Universiteti nəzdində 2009-cu ildə yaradılan bu mərkəz rus dili və ədəbiyyatını, bütövlükdə rus mədəniyyətini uğurla təbliğ edir, mədəniyyətlərarası dialoqun qurulması və möhkəmləndirilməsinə, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları, o cümlədən ədəbiyyatları arasında qarşılıqlı əlaqələr və münasibətlərin genişləndirilməsinə xidmər edir. «Russkiy Mir» Fondu, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun dəstəyi sayəsində fəaliyyətə başladığı gündən etibarən bir çox layihələr həyata keçirib, o cümlədən ödənişsiz əsaslarla rus dilinin tədrisini təşkil edir. Mərkəzin əməkdaşları xarici ölkələrin vətandaşları olan tələbələrə, eləcə də Azərbaycan bölmələrində tədris alan tələbələrə rus dilini tədris edirlər.

- Mərkəzin maddi-texniki təchizatı istifadəçiləri qane edirmi?

Bəli, mərkəz müasir avadanlıq və materiallarla təchiz edilib, yeni nəşrlər, audio və video materiallarla təmin edilib. Mütəmadi olaraq yeni ədəbiyyatlar daxil edilir.
Kitabları əsasən haradan əldə edirsiniz?

Əsasən Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə əldə edirik.

Tələbələr mərkəzdə könüllü fəaliyyət göstərirlərmi?

Bəli, filologiya fakültəsinin magistrantları və jurnalistika fakültəsinin bakalavr səviyyəsi üzrə oxuyan tələbələr  daha çoxdur. Onu da qeyd edim ki, BDU-nun məzunları da könüllü əməkdaşlıq edirlər.

- Təşkil etdiyiniz tədbirlər əsasən hansı səpkidə olur?

- Mərkəzimizdə müxtəlif mədəniyyət mövzulu tədbirlər, həmçinin universitetdən kənarda (Bakı Slavyan Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Rossotrudniçestvonun binası, "Rus kitabı" evi və s.) görkəmli rus ədiblərinin yubileylərinə həsr olunan tədbirlər, rus dili və ədəbiyyatına həsr olunan əsərlərin təqdimatını keçirir.

- Sonda əlavə etmək istərdinizmi?

- Qeyd etmək istəyirəm ki, mərkəzin bu gün qazandığı uğurlar universitet rəhbərliyinin, o cümlədən müəllimlərin və tələbələrin birgə əməyi nəticəsində qazanılıb. Buna görə hər bir kəsə təşəkkür edirəm.

 

Solmaz Babaşova

 

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”