710 05-09-2018

BDU-nun kitabxanası - reportaj

 

Redaktorumuz mənə kitabxanadan reportaj hazırlamaq tapşıranda çox sevindim. Sevindim ona görə ki, yol uzaq deyildi, üçüncü mərtəbədə bizim “Bakı Universiteti” qəzetinin redaksiyadır, ikinci mərtəbədə isə universitetin Elmi kitabxanasıdır.   

 

Bakı Dövlət Universiteti Elmi kitabxanasının müdiri Sara xanımdır. İnanın, yanına gələn qonağı o qədər mehriban və səmimi qarşılayır ki, adam hər gün onun qapısını döymək istəyir. Universitetin professor xanımı Aida Qasımova Sara xanımın qonağı idi. Gəlişimin səbəbini biləndə söhbətə müdaxilə etdi:

 

– Sara xanım Elmi kitabxananın bütün kitablarının üstündə tir-tir əsir, o kitabın bir vərəqi ъırılanda elə bilir ki, kimsə ürəyinə toxunur...

 

Aida xanımın fikirləri məndə ilk sual yaratdı.

 

– Sara xanım, tələbələr istifadə etmək üçün götürdüyü kitabı ehtiyatsızlıqdan itirərsə və yaxud cırılarsa, bunun ъəzası nədir?

 

– Tələbə kitabı itiribsə həmin kitabı mütləq alıb gətirməlidir.

 

– Tutaq ki, o kitabdan heç bir yerdə yoxdur, satılmır. Bəs onda necə olur?

 

– Onda həmin kitabın başqa birisini kitabxanamızdan götürüb tələbəyə verib deyirəm ki, get ya bütövlükdə, ya da ъırılan səhifələrin üzünü çıxart gətir. O da cırılan səhifələrin üzünü çıxardır, həmin kitabın arasına əlavə edərək cildlədir, gətirir.

 

Bakı Dövlət Universitetinin Elmi kitabxanası 1919-cu il oktayabrın 15-də yaranıb. Sara xanım deyir ki, o vaxt kitabxanada cəmi 250 kitab var idi. İstədim dərhal soruşam ki, bəs indi nə qədər kitab var? Amma soruşmadım. Başqa bir sual növbəni pozub qabağa keçdi.

 

– Sara xanım, neçə ildir kitabxana müdiri işləyirsiniz?

 

Sualıma Aida xanım cavab verdi:

 

– Gözünü açandan!

 

Sara xanım:

 

– 57 ildir burda işləyirəm, kitabxana müdiriyəm.

 

– Universitetin neçə kitabxanası var?

 

– Bakı Dövlət Universiteti digər ali məktəblərdən fərqli olduğu kimi, onun kitabxanası da fərqlidir, daha zəngindir. Hər korpusda kitabxanamızın fondu  fəaliyyət göstərir. Və  3 milyon kitabımız  var . Əsas korpusda yerləşən  kitabxana universitetin yeddi fakültəsi üçün nəzərdə tutulub. Digər korpuslarda da təyinatı üzrə kitabxana fondları fəaliyyət göstərir.

 

– Ənənəvi kitabxana ilə bağlı söhbətimizi yekunlaşdırıb elektron kitabxanadan sual verən kimi Sara xanım sözümü ağzımda qoydu.

 

– Onu Azad Qurbanovdan soruş!

 

Bircə onu dedi ki, 2001-ъi ildən bu günə kimi kitabxanaya daxil olan ədəbiyyatın hamısı elektron kataloqa oturur. Həm ənənəvi kataloqumuz, həm də elektron kataloqumuz var.

 

Sara xanımla sağollaşıb birbaşa Kitabxanaçılıq və İnformasiya fakültəsinin dekanı Azad Qurbanovun yanına getdim. Azad müəllimi çoxdan tanıyıram. Mənə İnformatikadan dərs də deyib. Müəllim kimi sərt, insan kimi isə olduqъa mehriban və səmimidir. Ondan Elektron kitabxanamızın vəziyyətini soruşanda isə nədənsə, müəllim kimi danışdı. Sanki, mühazirə oxuyurdu.

 

Bakı Dövlət Universitetinin Elektron kitabxanası 2011-ci ildən fəaliyyət göstərir.

 

– Azad müəllim, ümumiyyətlə, elektron kitabxana nədir? Bunun tərifi necə verilir?

 

– Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malik ъəmiyyətin hər an yeniləşən informasiyaya olan tələbatını ödəmək qabiliyyətli informasiya mühitini yaradan bir sistemdir.

 

Qeyd edim ki, elektron kitabxana uzaq məsafədən oxuъulara daha dolğun informasiya xidməti göstərir və bu xidmət zaman və məkandan asılılığından azad edir. Ənənəvi kitabxanalarda informasiya xidməti oxuculara yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuъulara göstərildiyi halda elektron kitabxana günün 24 saatını da fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.

 

– Maraqlıdır, bəs Elektron kitabxananın dərslik bazası necə təşkil olunur?

 

– Baza müəlliflik hüququ Bakı Universiteti nəşriyyatına aid olan və müəlliflərlə fərdi olaraq müəlliflik hüququnu qorunması haqqında müqavilələr əsasında əldə edilmiş kitabların elektron versiyaları və əldə edilmiş «istifadə üçün açıq» olan tam mətnli elektron nəşrlərdən ibarətdir.

Bir şeyi də əlavə edim ki, Azərbaycan prezidentinin sərancamı ilə latın əlifbası ilə nəşr olunmuş bədii ədəbiyyat nümunələrinin elektron nəşrləri, qanuverciliyə aid sənədlər də Elektron kitabxananın bazasına əlavə edilmişdir. Və elektron kitabxana Beynəlxalq Dublin Core metaverilənlər satandartına uyğun olaraq axtarış sistemilə təъhiz edilib.  2017-ъi ildə isə Bakı Dövlət Universiteti Elektron kitabxanasının proqram təminatı yenilənmiş və yeni tədris smesterindən son Web - 3.0 platforması əsasında fəaliyyətə başlayaъaq.  

 

– Elektron kitabxananın məlumat bazasında nə qədər kitab yerləşdirilib?

 

– Universitetin profılinə uyğun olaraq 5186 adda tam mətnli elektron kitab toplanmışdır. Bundan əlavə universitet əməkdaşları üçün EBSCO, OXFORD REFERENCE, IOP və s. Beynəlxalq tammətnli məlumat bazalaına əlyetərlik təmin edilmişdir. 

 

Azad müəllimin otağından çıxanda fikirləşdim ki, ilahi, elektron sözü nə qədər bizim ruhumuza, ъanımıza, yaddaşımıza yad və uzaqdır. Təsəvvür edin, Sara xanımın o ənənvi və şirin sözlərinin içindən çıxıb terminlərlə dolu ъümlələrin arasına düşdüm. EBSCO, OXFORD REFERENCE, IOP və s. Yanaşı düzülən bu hərflərin mənası nə deməkdir? Bunlar niyə böyük hərflərlə yazılıb? Mənim üçün anlamaq çox çətindir. Ənənəvi kitabxana heyif deyilmi? Kitabın kağızı olar, onun kağızı saralar, solar. Kitab oxuyanda adamın əlində qələm olar, o qələmlə xoşun gələn, imtahan üçün vaъib olan ъümlələrin altına xətt çəkmədinsə daha o nə kitab oxumaq oldu? Mən köhnə adamam, ənənəvi adamam, ona görə də ənənəvi kitabxanaya səs verirəm. Sizlər isə elektron dünyanı seçin. Elektron kitabxana, elektron sevgi, elektron ürək, elektron və s.

 

                                                                           Kəramət Böyükçöl

 

 

 

 

 

 

Digər yazılar

Universitet yeməkxanaları- REPORTAJ

Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyi

Bakı Dövlət Universitetinin "Bakı universiteti"

BDU-nun “Gənc İstedadlar” liseyi