1531 05-03-2018

Qanadsız mələklər

 

Uşaqlar cəmiyyətin gələcəyidir. Onlar dünyaya gəldiyi andan ailə mühitinə düşərək verilən tərbiyəni mənimsəyirlər. Lakin hər bir uşağın həyat yolu ailədən başlamır. Valideynlərini müəyyən səbəblərə görə itirmiş və ya valideynləri tərəfindən tərk edilmiş  həmin kimsəsiz uşaqlar sanki həyatda  ayaqalarından birini itirmiş şəkildə hərəkət edirlər. Hal-hazırda uşaq evlərində minlərlə belə qayğıya möhtac olan uşaqlar böyüyür. Görəsən, o uşaqlar çətin anlarında kimə arxalanırlar? Sevinc və kədərlərini kiminlə bölüşürlər?  Bəlkə də, bu suallar cəmiyyətin bir hissəsinin  heç maraq dairəsində də deyil, onlar bu haqda düşünmək belə istəmirlər. Bu problemlərlə məşğul olmaq üçün bir sıra ümumdünya təşkilatları fəaliyyət göstərsələr də, düşünürəm ki, cəmiyyətə məxsus bu problem öz həllini elə  fərdlərin səyləri nəticəsində tapa bilər. Əgər cəmiyyət bu problemə istiqanlı yanaşmasa, bunların həllindən söz belə gedə bilməz. Belə ki, Avopa ölkələrində uşaq evləri azdır, çünki orada kimsəsiz uşaqlar əsasən ayrı-ayrı ailələr tərəfindən himayəyə götürülürlər.  Azərbaycanda isə  bu məsələlərə dövlət tərəfindən qayğı göstərilsə də, bəzi vətəndaşlar qınaq obyektinə çevriləcəklərindən ehtiyat edirlər. Digər xoşagəlməz hal isə bəzi imkanlı şəxslərin internat məktəblərinə maddi yardım göstərmək həvəslərinin olmaması ilə əlaqədardır. O kimsəsiz uşaqların günahı nədir? Axı onların da bizim dəstəyimizə ehtiyacları var. Kim bilir, bəlkə o uşaqlar bir gün cəmiyyət üçün bizim edə bilmədiklərimizi edəcəklər...

Eltac Xudizadə

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları