251 05-03-2018

BDU-da Çin Yeni ili qeyd olunub

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni ili qeyd olunub.  Tədbirin açılışında çıxış edən Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli iştirakçıları “Çundjie” - Bahar bayramı münasibəti ilə təbrik edib.

O, ölkəmizdə Çin dili və mədəniyyətinin tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, Konfutsi İnstitutunun iki ölkə arasında mədəniyyət, o cümlədən elm-təhsil sahəsində körpü rolunu oynadığını qeyd edib. Belə ki,  adıçəkilən qurum  vasitəsilə Azərbaycanda Çin dilinin tədrisi təşkil olunur, Çin mədəniyyətinin yayılması həyata keçirilir. Konfutsi İnstitutunun Azərbaycanda 9 filialının yaradıldığını deyən Oqtay Cəlilbəyli onun hər il imtahanlar təşkil etdiyini, tələbələrin Çinə  təhsil almağa göndərildiyini  qeyd edib.

Daha sonra BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin üzrə direktoru xanım Luo Siaoc Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib. O, Çin Yeni ili bayramının Azərbaycanda Novruz ərəfəsində keçirilməsini mədəniyyətlərimizin qədim köklərə malik olması ilə əlaqələndirib. Direktor ötən illər ərzində Konfutsi İnstitutunun fəaliyyəti nəticəsində ölkələrimiz arasında möhkəm dostluq  əlaqələrinin yarandığını bildirib.

Tədbirin bədii hissəsində Bakı Dövlət, Azərbaycan Dillər, ADA, Bakı Mühəndislik universitetləri tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib, bu ölkənin şairlərinin yaradıcılığından nümunələr səsləndirilib.

 

Digər yazılar

BDU rektorunun birinci kurslarla görüşləri başlayıb

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb