192 30-01-2018

“Onun təbriki mənə dünyaları bəxş etdi”

Bayram Vəli oğlu Allahverdiyev 1938-ci il yanvarın 23-də Qərbi Azərbaycanın Loru-pəmbək bölgəsinin Arçut kəndində anadan olub.  1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Kitabxanaşünaslıq şöbəsində “Kitabxanaşünaslıq və biblioqrafiya” üzrə təhsil alıb. 1962-1964-cü illərdə доьулдуьу kənddə klub müdiri işləyib. 1964-1967-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1968-ci ildə Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. Elə həmin ildən etibarən Bakı Dövlət Universitetində дя ямяк фяалиййятини давам етдириб. 1968-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dosent və professoru vəzifəsində, 1992-ci ildən 2012-ci ilə qədər BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri vəzifəsində çalışıb. 1968-ci ildə AMEA-nın Dil və Ədəbiyyat İnstitutunda namizədlik, 1991-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycanda əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması və tipologiyasını tədqiq və inkişaf etdirib. Ailəlidir, 4 övladı var.

- Ad gününüzü necə qeyd etdiniz?

 - Azərbaycan Dövlət Televiziyasında həyat və yaradıcılığıma həsr olunmuş veriliş hazırlandı, o cümlədən bir sıra qəzetlərdə çoxsaylı məqalələr dərc edildi.

 -80 yaş sizə nə deyir? Bu yaşa qədər gəlib çatmaq bir insan üçün nə deməkdir?

   - 80 yaş mənə çox şeylər bəxş etdi. Gözəl ailəm, iki oğlum, iki qızım, dörd nəvəm, bir nəticəm var. Bütün ailə üzvlərim təhsilli, xalqımıza ləyaqətlə xidmət göstərən insanlardır. Hər iki qızım həkimdir. 80 yaş mənə deyir ki, sən öz elmi fəaliyyətinlə öyünə bilərsən. Ölkəmizdə ən çətin elm sahələrindən biri olan kitab haqqında elmin sirrlərini araşdırmışam, bu problemi elmi-tədqiqatlara cəlb etmişəm. Ömrümün 40 ilindən çoxunu kitab və kitabçılıq işinə, orta əsr xəttatlarının, rəssamlarının, cildçilərinin, nəqqaşlarının, zərkublarının, müzəhhiblərinin və s. fəaliyyətlərini üzə çıxarıb kitablarda, mətbuat səhifələrində nəşr etdirdim. Yazdığım məqalələrdə, kitablarda, dərsliklərdə, dərs vəsaitlərində dövlətçilik prinsipi əsas göтцрцляряк, xalqımızın adət-ənənələrinin zəngin kitab mədəniyyətinin yüksək olduğu və hamı tərəfindən təqdiredilən bir iş kimi гябул олунмасы öz əksini tapıb.  Əlbəttə ki, bu, az yaş deyil. Йашадыьым keşməkeşli həyat, elmi mübarizələr, elmi araşdırmalar, tədqiqatlar həyat kitabımın bütün səhifələrində öz əksini tapıb. 49 yaşımda həyat yoldaşımı vaxtsız itirdim. Dörd övladымa həm ata, həm də analıq qayğıсы göstərdim. Hamısını sağlam, təhsilli böyütdüm. Oğlanlarımı evləndirib, qızlarımı köçürtdüm. Nəvə toyu edib nəticə gördüm. Bunlar hamısı mənim ömür kitabımın ən zərif və sevincli səhifələridir.

Təbii ki, həyat hər zaman sevincli, büsatlı olmur, сevincli günlərlə bərabər, çətin, ağır günlərim olsa da, шцкцрляр олсун ки, onların hamısından alnıaçıq çıxdım. Ömür yolumu beləcə 80 yaşa gətirib çatdırdım.

  • Maraqlıdır, müəllimin doğum gününü ilk təbrik edən kim oldu?

Məni ilk təbrik edən qız nəvəm Kübra xanım oldu. Onun təbriki mənə dünyaları bəxş etdi.

  • Siz istədiyiniz həyatı yaşamısınızmı?

 -Bu çox dərinmənalı sualdır. Çünki, biz həyata gələrkən taleyimizdən xəbərsiz oluruq. Heç kəs, nə doğulacağı Vətəni, nə valideynlərini, nə də taleyini özü müəyyən etmir. Xoşbəxtəm ki, vətənim Azərbaycandır. Bu mənə taleyin ən gözəl hədiyyəsidir. Mən də hər zaman vətənimə layiqli övlad olmağa çalışmışam. Sadə, kolxozçu ailəsində бюйцмцшям. Atam II Dünya мüharibəsində həlak olub. Anam isə 40 ildən artıq kolxozda sağıcı işləyib, əməyi dəfələrlə dövlət tərəfindən qiymətləndirilib. Mən aspiranturada oxuyanda anam da dünyasını dəyişdi.Sonrakı uğurlarımı görmək ona nəsib olmadı. Bu da taleyin acı bir yazısıdır. Ali təhsilimi başa vurduqdan sonra həyatımı elmə həsr etdim. Bu sahədə çoxlu çətinliklərlə qarşılaşsam da, bu problemlərin öhdəsindən uğurla gəldim.

- 80 yaşda ən böyük arzunuz nədir?

 - Бир ziyalı kimi ən böyük arzum Qarabağ münaqişəsinin tezliklə həll olunması, qaçqın və köçkünlərimizin öz torpaqlarına qayıtmasıdır. Neçə-neçə  igid oğullarımız şəhid olub, ana-bacılarımızın gözü yaşlı qalıb. Müharibə amansızdır, qəddardır. Mən nəinki Azərbaycanda, bütün dünyada sülhün, barışığın bərqərar olmasını arzu edirəm. Bu arzudan sonra bütün arzuların həyata keçməsi asanlaşar.

  - Müdriklik zirvəsində gənclərə, o cümlədən tələbələrə tövsiyələriniz nədir?

Gənclərə, tələbələrə tövsiyəm odur ki, təhsillərini başa vurub dövlətimizə ləyaqətlə xidmət göstərsinlər. Möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycan elminin və təhsilinin inkişafı istiqamətində uğurlu siyasət aparır. Biz ziyalı nəsil də ölkə rəhbərimizin bu siyasətini təbliğ edir, tələbələrimizə elmli, bilikli olmağı tövsiyə edirik.

 -Gördüyünüz və görmək istədiyiniz işlərdən, planlarınızdan danışın.

Mən 2008-ci ildən “Kitabşünaslıq və nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və baş redaktoruyam. Jurnal ildə 3-4 dəfə çap edilərək sahə oxucularına, xüsusilə tələbələrə, nəşriyyat işçilərinə, müəllimlərə, mütəxəssislərə elmi-nəzəri və təcrübi fikirləri çatdırır.  Ən böyük arzum Azərbaycan kitabının inkişafını, nailiyyətlərini meydana çıxarmaq, dünya səviyyəsində tanıtdırmaqdır. Bu məqsədlə hal-hazırda “Mətn nəzəriyyəsi” (magistrlər üçün dərs vəsaiti), “Azərbaycan Respublikasının nəşriyyat sistemi”, “Azərbaycan kitab tarixi”, “Dövri mətbuatın tipologiyası” kimi fundamental monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri üzərində işləyirəm.     

Solmaz Babaşova

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”