256 05-03-2018

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müəllimləri Sevinc Hacıyeva, Fətəli Hüseynov və Zərifə Vəliyevanın həmmüəllifi olduqları “Ekoloji kimya” kitabı çapdan çıxıb. Kitab Almaniyanın məhşur nəşriyyatı - LAP Lambert Academic Publishing tərəfindən nəşr edilib.
Fundamental xarakter daşıyan bu kitabda “Ekoloji kimya” fənninin mühüm elmi yeniliklərini əhatə edən mühazirələri əksini tapıb. Ekoloji kimyanın-ətraf mühitdə kimyəvi proseslər və onların təsir qanunauyğunluqları haqqında elm olması kitabın məğzini təşkil edir. Eyni zamanda, kimyəvi elementlərin və onların birləşmələrinin miqrasiyasına, orqanizmə daxil olma yollarına xüsusi yanaşılıb. Kimyəvi tarazlığa antropogen təsirlərin nəticələri də kitabda əks olunub.
Dərslik ekologiya, təbiətdən istifadə istiqamətləri üzrə təhsil alan ali məktəb tələbələri, həmçinin ekologiya, təbiətdən istifadə və ekoloji mədəniyyət kimi aktual məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər yazılar

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib