101 05-03-2018

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş iki kitabı işıq üzü görüb. “Kitabi-Dədə Qorqud” dastanları və çağdaş Azərbaycan ədəbiyyatı” adlı kitabda (Bakı: Elm və təhsil, 2018) “Dədə Qorqud” eposu milli ədəbi düşüncənin ilkin mərhələsi və qaynağı kimi götürülüb, onun milliədəbi fikrin inkişaf tarixindəki yeri və tarixi öyrənilib, müasir Azərbaycan nəsrində, poeziyasında və çağdaş milli dramaturgiyasında dastanların ideya və motivlərinin inkişaf istiqamətləri müəyyənləşdirilərək tədqiq olunub. 
“Koroğlu dastanında obrazlar sistemi” adlı dərs vəsaitində isə (Bakı: Elm və təhsil, 2018) poetik struktur problemi düzgün nəzəri təhlil istiqamətində götürülüb və dolğun elmi nəticələr əldə edilib. Əsərdə dastanın mətninə, hər şeydən əvvəl epik sistem kimi yanaşılıb və bu yanaşma dastanın obrazlar sisteminin quruluş səviyyələrini aşkarlamağa imkan yaradıb. Kitabda dastanın süjeti epik obrazlaşmanın səviyyələrindən biri kimi götürülüb.
Hər iki kitabdan ədəbiyyatşünas alimlər, müəllimlər, filoloq tələbələr və bu maraq dairəsinə malik oxucu kütləsi faydalana bilər.

Digər yazılar

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib