1427 06-03-2018

Qazaxıstan səfirliyinin nümayəndələri Filologiya fakültəsində

Qazaxıstan Respublikasının Bakıdakı səfirliyinin nümayəndələri - müşavir Darxan Kuşerbayev və ikinci katib Tlek Kapışov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin qonaqları olublar. Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşdə səfirlik nümayəndələri Qazaxıstan Respublikasının Latın əlifbasına keçməsi və Azərbaycan dilçilərinin bu proseslərə töhfəsi haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ildə Qazaxıstan Respublikasının kiril əlifbasından latın əlifbasına keçməsi haqqında fərman imzalayıb və bu fərmana əsasən ölkənin 2025-ci ilə qədər tamamilə latın əlifbasına keçməsi nəzərdə tutulur. Səfirliyin müşaviri Darxan Kuşerbayev latın əlifbasına keçid məsələlərində qardaş Azərbaycanın uzun illik təcrübəsinin Qazaxıstan üçün çox faydalı olduğunu xüsusilə qeyd edib.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin rəhbəri Fatima Dursunova “Türk dövlətlərinin latın əlifbasına keçid təcrübəsi" mövzusunda prezentasiya təqdim edib. 
Səfirliyin ikinci katibi Tlək Kapışov Qazaxıstanda mart ayının birində qeyd olunan "Təşəkkür Günü" və "Od çərşənbəsi" münasibətilə tədbir iştirakçılarını təbrik edib. T.Kapişov qeyd edib ki, "Təşəkkür Günü" Qazaxıstanda yaşayan bütün etnik qrupların bir-birilə və qazax xalqı ilə sülh içində yaşamasını qeyd etmək üçün 2016-cı ildən respublika prezidentinin fərmanı ilə qeyd edilir.
Görüşün sonunda Filologiya fakültəsinin tələbələri konsert proqramı ilə çıxış ediblər.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər