2860 06-03-2018

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Salamov Əliağa Vahid adına Masazır 1 saylı tam orta məktəbinin 6-cı sinif şagirdləri ilə görüşüb.

Günay Məmmədəliyevanın tədris etdiyi Ədəbiyyat dərsinə dəvət olunmuş magistrant məktəblilərlə beynəlxalq uşaq hüquqları, onun mahiyyəti, uşaqların mediada təmsili, iştirakı, uşaq hüquqlarının qorunmasında mənfi və müsbət cəhətlərlə bağlı təqdimatla çıxış edib. Daha sonra şagirdlər "Beynəlxalq uşaq hüquqları" mövzulu radiopaket dinləyiblər.

Təqdimatdan sonra şagirdlər oxuduqları əsərlərdə uşaq obrazları və onların hüquqları ilə bağlı fikirlərini bildirib, Mir Cəlal Paşayevin "Bir gəncin manifesti"əsərindən bəzi hissələri təhlil ediblər.

Daha sonra N.Salamov şagirdlərin bədii əsərlərdə uşaq hüquqları ilə bağlı məsələlərin təhlil olunduğu inşaları barədə fikirlərini bildirib, onların bir neçəsinin BDU Jurnalistika fakültəsinin qəzeti "Jurnalist" qəzetində dərc olunacağını deyib.

 

Digər yazılar

BDU-nun tələbəsi Türkiyədə tədbirdə iştirak edib

Heç kimdən asılı olmayın!

BDU Tələbə Gənclər Təşkilatının idarə heyəti təltif olundu

BDU-nun tələbəsi Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş konsert proqramında çıxış edib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin TGT üzvləri Kashalata kafedə olublar

Rektor "Nə? Harada? Nə zaman?" intellektual oyununun iştirakçıları ilə görüşüb

Xoşbəxt olmağın yolları

“Xoşbəxtlik qurduğumuz münasibətlərdə gizlənib”

Fizika fakültəsində Aprel şəhidləri anılıblar

BDU-da “Breyn-Rinq” intellektual yarışması keçirib

Şərqşünaslıq fakültəsinin tələbələri beynəlxalq debatda iştirak ediblər 

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

"Şərq dünyasında qadına ilk dəfə seçki hüququ verən 100 illik Cümhuriyyət"  layihəsi baş tutub

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları