10288 14-03-2018

"Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"- İndoneziyalı səfir

Müsahibimiz İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan bəy Fənanidir. İndoneziya −  Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı İndoneziya Respublikası. Dünyada sahəsinə görə 16-cı yerdədir. Ən böyük adalar dövlətidir, Zond arxipelaqında yerləşir. 266 milyonluq əhalisi olduğuna görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və mürəkkəb tarixi vardır. Ölkənin paytaxtı Yava adasındakı Cakarta şəhəridir. Sərhəd qonşuları Papua-Yeni Qvineya, Şərqi Timor və Malayziyadır. Digər qonşu ölkələr Sinqapur, Filippin, Avstraliya, Andaman və Nikobar adalarıdır. Azərbaycanla sıx iqtisadi-mədəni əlaqələri var. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Cənab səfir özü də Azərbaycanı çox sevdiyini bir neçə dəfə dilə gətirdi. Onun göstərdiyi səmimiyyətdən hiss etdim ki, indoneziyalılar da bizim xalq kimi qonaqpərvərdirlər.

− Cənab səfir, gəlin söhbətimizə məktəb illərindən başlayaq...

− Mən 1967-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olmuşam. 1972-ci ildə məktəbə getmişəm. 1976-79-cu illərdə ibtidai təhsil aldıqdan sonra Şərqi Yavadakı İslam məktəbində təhsilimi davam etdirdim. Məktəbin adı “Pondok modern Gontor” idi. 1982-1988-ci illərdə burada təhsil alaraq orta təhsilimi tamamladım. Orta təhsilimi başa vurduqdan sonra Pakistana getdim. Pakistanın paytaxtı İslamabadda ALİ JİDAH Universitetində iki il ingilis dili öyrəndim. Bundan sonra Lahor şəhərində Pəncab Universitetində İslam elmləri ixtisası üzrə bakalavr təhsili aldım. 1993-cü ildə Hollandiyaya getdim. O dövrdə maddi vəziyyətim çox pis idi. Orada iki il oxumadım. Fərqli yerlərdə işlədim. Restoranlarda, barlarda, jurnalist kimi və s. Lakin bütün çətinliklərə baxmayaraq heç vaxt ruhdan düşmədim. 1995-1997-ci illərdə Hollandiyanın Laden Universitetində maqistr pilləsində teologiya ixtisası üzrə təhsil aldım.

−Bir müddət turzim agentliyində də işləmisiniz....

−Bəli, magistr səviyyəsi üzrə təhsil aldığım dövrdə turizm agentliyində işləyirdim. Magistr təhsilini bitirdikdən sonra İndoneziyalı gözəl bir qız ilə ailə həyatı qurdum. Hollandiyada Müsəlman Gənclər Assosasiyasının sədri seçildim. Avropanın bir çox böyük şəhərlərində oldum – Amsterdam, Brüssel, Lüksemburg və s. Bu şəhərlərdə gənclərlə görüşürdük. Onlara İslam tarixi və fəlsəfə mövzülarında mühazirələr oxuyurdum.

−İndoneziya haqqında nə deyə bilərsiniz?

−Mənim ölkəm arxipelaqda yerləşir. İndoneziya mindən çox adadan ibarətdir. Onların içində ən böyükləri isə Yava, Sumatra, Kalimantan və Papuadır. Ölkəmizdə bir neçə millət və etnik qrup birgə yaşayır və biz bunu öz zənginliyimiz sayırıq. 300 ildən çox Hollandiya kolonistlərinin əsarətində yaşamışıq. 1942-ci ildə azadlıq mübarizəsinə başlamışıq və 1945-ci ildə müstəqilik əldə etmişik. Bu baxımdan sizin xalqla oxşarlığımız var. Azadlıq uğrunda xeyli mübarizə aparmışıq. Dövlətimizi ayaqda saxlayan fəlsəfə “Pança Sila” adlanır. Bu fəlsəfə beş prinsipdən ibarətdir: Vahid Tanrıya iman; Ədalətli və sivil humanistlik; Ölkənin birliyi; Məsləhətləşmə və nümayəndəlik siyasəti yolu ilə demokratiya; İndoneziyanın bütün xalqları üçün sosial ədalətin tətbiq edilməsi.

Bu beş prinsip dövlət gerbimizdə də əks etdirilib. Dövlət bayrağımızdakı qırmızı və ağ rənglərin mənası isə qan və sümükdür. İnsan bədənini formalaşdıran əsas iki şey. Bu, ölkəmiz uğrunda qanımız və sümüyümüzlə vuruşacağımızı ifadə edir.

Tariximiz haqda da maraqlı bir məlumat verə bilərəm. İslam dininin İndoneziyada yayılmasının səbəbkarı Şeyx Molla Malik Səmərqəndi Azərbaycanlı din xadimi olub. Biz onu ölkəmizdə sadəcə Əs-Səmərqəndi adlandırırıq. Onun İndoneziyadakı fəaliyyəti 13-14-cü əsrlərə təsadüf edir. O vaxta kimi indoneziyalılar Hinduizm dininə mənsub idilər. Bu da əlaqələrimizin qədimliyinin əyani sübutudur. Müasir dövrdə isə İndoneziya  regionda ən güclü dövlətdir və sürətlə inkişaf edir. ASEAN təşkilatının baş qərargahı da məhz İndoneziyada yerləşir.

 

−Cənab Fənani, bəs Azərbaycan haqqında nə deyə bilərsiniz? İndoneziya-Azərbaycan əlaqələri hansı səviyyədədir?

−Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik  bir ölkədir. Mən Azərbaycanın yerləşdiyi bölgəni məhz Nuhun gəmisinin böyük tufandan sonra dayandığı yer olduğunu hesab edirəm. Bu isə o deməkdir ki, məhz Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biridir. Azərbaycan xalqı çox böyük şəxsiyyətlər yetişdirib. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Heydər Əliyev və s. Müasir Azərbaycan sürətlə inkişaf edir və çox böyük potensiala malikdir. Təbii sərvətlərlə zəngindir. İndoneziya – Azərbaycan əlaqələri isə hal-hazırda çox yüksək səviyyədədir. Biz Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasına daxilik. Qarabağ münaqişəsinin həllində də  hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik, onu qardaş ölkə sayırıq.

−Sonda gənclərə tövsiyəniz...

−Azərbaycan gənclərinə tövsiyəm isə çox oxumaları və milli dəyərlərinə sadiq qalmalarıdır. Çünki ölkənin gələcəyi onlardır və dövlətin savadlı gənclərə hər zaman ehtiyacı var.

 

Hacıbaba Mustafayev,

Jurnalistika fakültəsinin I kurs tələbəsi

Digər yazılar

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ