491 16-03-2018

Rusiyalı məşhur jurnalistlər BDU-da

Bakı Dövlət Universitetinin Rus Mərkəzində "Real jurnalistika məktəbi" adlı beynəlxalq layihəyə start verilib. Mərkəzin rəhbəri, Jurnalistika fakültəsinin müəllimi Arzu Məmmədova layihə barədə ətraflı məlumat verib. Bildirib ki, "Real jurnalistika məktəbi" Rusiyanın "Rus reportyorları" adlı təşkilatının layihəsidir. İki gün davam edəcək təlim-seminarlar "Rusiyalı reportyor" jurnalının baş redaktoru Vitaliy Leybin, fotodirektoru Valeriy Dzyaloşinskiy, baş direktoru Dmitriy Dmitriy Mixaylin və “Komsomolskaya Pravda” qəzetinin redaktor müavini, kp.ru portalının baş redaktoru Olesya Nosova tərəfindən keçiriləcək. Qeyri-kommersiya xarakterli layihə keçmiş SSRİ ölkələrinin gənc rusdilli jurnalistləri və jurnalistika fakültələrinin tələbələri üçün nəzərdə tutulub.

Daha sonra təlimçilər təmsil etdikləri mətbu orqanlar və portalların iş prinsiplərindən danışıb, reportaj, oçerk janrlarında materialların hazırlanması, fotojurnalistika barədə təqdimatla çıxış ediblər.

Sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, təlimin növbəti mərhələsi üçün tapşırıqlar verilib.

Qeyd edək ki, 40-dan artıq iştirakçının qeydiyyatdan keçdiyi təlimə BDU-nun Jurnalistika fakültəsinin dekan müavinləri - Sevinc Əliyeva, Könül Niftəliyeva, “Bakı Universiteti” qəzetinin baş redaktoru Anzulə Əmirova və digər müəllimlər də qatılıblar.

Aytən ƏLİ AZƏRLİ

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub