3657 19-03-2018

Yepiskop Vladimir Fekete: "Qonaqpərvər və mehriban xalqınız var"

«Bakı Universiteti qəzeti Roma-Katolik kilsəsi Azərbaycan Prefekturasının rəhbəri Yepiskop Vladimir Fekete ilə müsahibəni təqdim edir:

 

QISA ARAYIŞ: Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılıb. O zaman Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşib. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilib. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilib. Lakin sovet dönəmində kilsə dağıdılıb və 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunub. 2001-ci ildə icma öz ibadət evini yaradıb. Hazırda Bakıda Roma-katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılıb. 2002-ci il 22-23 may tarixlərində isə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olub. 2007-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi ibadətə açılıb. 2016-cı ilin 30 sentyabr-1 oktyabr tarixlərində Papa Fransisk Bakıda rəsmi səfərdə olub. 2017-ci il dekabrın 3-də Papa Fransisk Azərbaycanın Apostol Prefekti Vladmir Feketeni yepiskop elan edilib. 2018-ci il fevralın 11-də isə Yepiskop Vladimir Feketenin xirotoniyası gerçəkləşib. Xirotoniyada Vatikanın Xarici İşlər Naziri Riçard Qallaher də iştirak edib.

 

- Gəlin əvvəlcə uşaqlıq illərinizdən danışaq...

-Slovakiyada paytaxt Bratislava yaxınlığındakı kənddə dindar bir ailədə doğulmuşam. Ailədə dörd uşaq idik. Atamın valideynləri də bizimlə birlikdə yaşayırdılar. O dönəm Slovakiyada kommunist hakimiyyəti olmasına baxmayaraq ən azından kilsələrə getmək imkanımız var idi. Bundan başqa ailəmizdə birgə dua etmək ənənəsi də var idi.

-Sizdən əvvəl ailənizdə keşiş vardımı?

-Xeyr, ailəmizdə ilk keşiş mən olmuşam.

-Universitetdə təhsil aldığınız dövr barədə nə deyə bilərsiniz?

- Əvvəllər rahib olmaq arzusundaydım. Lakin o dövrdə bütün monastırlar bağlı olduğundan rahiblik qadağan edilmişdi. Müəllimlik peşəsini də sevirdim. Hər iki peşə məni özünə cəlb edirdi. O zaman bir keşişlə tanış oldum. O mənə müəllimliklə bərabər rahib oredni qəbul edə biləcəyimi dedi Rahib ordenləri gizli fəaliyyət göstərdiyindən. 1975-ci ildə universitetə daxil oldum və rahib ordeninə qəbul edilməyə hazırlaşmağa başladım.

-Azərbaycana göndəriləcəyinizi eşidəndə ilk reaksiyanız necə oldu. Azərbaycan haqqında məlumatınız vardımı?

- Geoloq kimi Xəzər dənizi və Azərbaycanın təbii sərvətləri haqqında bir qədər məlumatlı idim. Bu barədə mənə ilk dəfə məlumat verilərkən bu missiya üçün yaşlı olduğumu düşündüm. Daha çox Avropada xidmət etmək üçün hazırlaşdığımı və Qafaqaza getmək üçün sıfırdan başlamalı olduğumu söylədim. Onlara 6 ay mənim əvəzimə başqa bir namizəd axtarmalarını təklif etdim. Lakin yerimə başqa namizəd seçmədilər və mən 2009-cu ilin avqustunda Azərbaycana gəldim.

-Azərbaycan xalqı haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz, yalnız paytaxtda yaşamaqla bir xalq haqqında geniş məlumat toplamaq mümkün deyil. Bu məqsədlə Quba, Şəki, Lənkəran kimi fərqli regionlarda oldum. Yerli xalq məni çox isti qarşıladı. Qonaqpərvər və mehriban xalqsınız. Ən əsası da odur ki, dinlərimizin fərqli olması münasibətlərimizə heç bir əngəl törətmir.

-Yepiskop dərəcəsinə qaldırılacağınızı düşünürdünüzmü?

- Doğrusu, xeyir heç vaxt bu haqda düşünməmişəm. Katolik kilsəsinin kanonik qanunlarına görə Azərbaycan kimi bir ölkəyə yepiskop təyin edilməsinə ehtiyac yox idi. Çünki bu ölkədə yalnız bir katolik kilsəsi var. Papanın bu addımını Azərbaycana olan bir hörmət əlaməti kimi başa düşmək olar. Papa Fransisk özü Azərbaycanda olarkən Azərbaycan dövləti tərəfindən katolik icmasına olan qayğı və hörməti görmüşdü.

-Müasir dünyadakı dinlərarası dialoq haqqında nə fikirləşirsiniz?

-İkinci Vatikan Məclisi qərar verdi ki, fərqli dinlər və məzhəblər arasında dialoq vacibdir. Çünki, dialoq olduğu halda dinlərarası konfliktlərin qarsısını almaq olar.Ən önəmlisi isə bütün dinlərin ümumi dəyərlərini tapmaq və bu ümumi dəyərlər ətrafında birləşməkdir. Bu halda dialoq qurmaq daha da asanlaşar.

- Tanrıya nə barədə dua edirsiniz?

-Bizim gündəlik dualarımız var. Bu gündəlik dualardan başqa məndən özləri üçün dua etməyi xahiş edənlərə, rəhmətə getmiş və həyatda olan yaxınlarıma və bir də Azərbaycana və onun prezidentinə dua edirəm. Allah dövlətinizi və xalqınızı qorusun!

- Sonda müasir gəncliyə tövsiyələrinizi eşitmək istərdim.

-Düşünürəm ki, hal-hazırda gənclərə ən çox ziyan vuran şey virtual aləmdir. Gənclərimiz üzbəüz danışığa daha çox üstünlük verməlidirlər.

 

Hacıbaba Mustafayev,

Jurnalistika fakültəsinin I kurs tələbəsi


 


 


 

 

Digər yazılar

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."

"Ölkə rəhbərliyi ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var"

"Bakı Dövlət Universitetindəki yaradıcı mühit məni heyrətləndirdi"

"Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"- İndoneziyalı səfir

“Nazir olmaq haqqında fikirləşmirəm”

BDU-nun Rus Mərkəzinin növbəti uğuru

"İctimaiyyətlə əlaqələr işində üç qızıl qayda var" - Bakıya gəlmiş əcnəbi PR mütəxəssislərindən MƏSLƏHƏT    

Şərqşünas alim Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram” - MÜSAHİBƏ  

Professor Şəhla Səmədova: "Mən bu günə kimi də həmin ədalətsizliyi unuda bilmirəm"

Professor Əbülfəz Rəcəbli: "Orfoqrafiyanın tez-tez dəyişdirilməsinin əleyhinəyəm"

Yazılı mətbuatın internet mediası ilə rəqabət aparması - Baş redaktorlar belə düşünür - RƏYLƏR

“Çətinliklərdən qorxmamalıyıq, onları əvvəldən gözə almalıyıq...” - Müsahibə

"Dilimizə sahib çıxmaq bizim borcumuzdur" - Professorlarla söhbət

Fikrət Şiriyev: “Həyat yoldaşım, övladlarım günlərlə mənə həsrət qalıblar” - MÜSAHİBƏ

“Məsum vətənpərvərlərimizin axıdılan qanları istiqlaliyyət günəşinin ilk şəfəqlərinə döndü”