975 27-03-2018

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

 Qarabağ bizim ümumi yaramızdır. Orada axıdılan Azərbaycanlı qanı Türkün sinəsinə çəkilən dağdır. Türkiyəlilər hər zaman azərbaycanlı qardaşlarının yanında olublar. XX əsrin əvvəllərində Nuru paşanın rəhbərliyi ilə Türk ordusu öz qardaşlarını qorumaq üçün azərbaycana gəlmişdi. Bu gün biz şəhid olmuş həmin əsgərlərin şərəfinə Şəhidlər Xiyabanın girişində ucaldılmış abidəni ziyarət edərkən qürur, fəxr hissi duyuruq.

     70 illik zaman bizi ayırsa da, iki dövlət bir xalq olaraq bu gün kədərli günlərimizdə də, xoş günlərimizdə də bir yerdəyik. Yaxın keçmişimizdə Azərbaycanda törədilən qətliamlar - ağır işgəncələrə məzruz qalmış on minlərlə insanın kədəri, acısı bizim kədərimizdir

     Vətənim Türkiyənin cənubundakı Afrin əməliyyatı zamanı Azərbaycan xalqı tərəfindən böyük dəstək gördü. Afrində şəhid düşən əsgərlərimizin acısı igid  bir azərbaycanlı əsgərin sosial şəbəkələrdə paylaşdığı görüntüləri, söylədiyi sözləri qəlb çırpıntıları ilə izləməmək mümkün deyil:  ‘‘Ayağımı və gözümü öz doğma torpağımda itirdiyim kimi, ikinci dövlətim olan Türkiyə uğrunda canımı fəda etməyə hazıram.’’ Bir daha bu iki millətin qarşılıqlı sevgisinin şahidi oluram. Nə qədər münasibətlərimiz pozmağa çalışsalar da, bu sevgimizin üstünə kölgə belə sala bilməzlər.

     Mən bu sevgini təhsil aldığım elm ocağında - Bakı Dövlət Universitetində hər gün görürəm. Özümü başqa ölkədə deyil vətənimdə hiss edirəm. Müəllimlərimin sevgisi, yerli əhalinin bizə olan məhəbbəti məni daima duyğulandırır. Bu səmimi sevgini yaşadığım üçün özümü çox xoşbəxt hesab edirəm.

                                                                         

      Yaşasın bütün Türk xalqları,  

                                                                         Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı

    

İkbal Latif ÖNER

 

Digər yazılar

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”

Çoxlarının marağına səbəb olan Reyhan Camalova kimdir?- Müsahibə