468 28-03-2018

Jurnalistika fakültəsində elmi-praktik konfrans keçirilib

     

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər” adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçılarını salamlayan elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva konfransın Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və BDU-nun rektoru, akademik Abel Məhərrəmovun Jurnalistika fakültəsində "Azərbaycan jurnalistikasında tarixi ənənə və müasir meyillər" adlı elmi-praktik konfransın keçirilməsi ilə bağlı əmrinə uyğun olaraq keçirildiyini bildirib.

Sonra dekan, dosent Vüqar Zifəroğlu Azərbaycan Xalq Cümhuriyyətini  (AXC) Şərq tarixinin ən parlaq səhifələrindən biri kimi dəyərləndirərək konfransın işinə uğurlar arzulayıb.

 

Mətbuat tarixinin araşdırılmasında misilsiz xidmətləri olan professor Şirməmməd Hüseynov çıxışında AXC-nin yarandığı siyasi şəraitdən danışıb. O, AXC-nin mövcudluğu dövründə həyata keçirilən islahatlardan bəhs edib. Professor 50 ildən artıqdır ki, məhsuldar fəaliyyəti ilə AXC-nin yubileyinə hazırlaşdığını da əlavə edib: “Üzeyir bəy Hacıbəylinin məşhur sözü var: “Bu vətən də bizimdir, bu millət də bizimdir, bu dövlət də bizimdir". Odur ki, hər birimiz bu yubileyə töhfələrimizi verməliyik”.

Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışının sonunda bildirdi ki, yaxın günlərdə “Cümhuriyyət qurucuları” adlı kitabının təqdimatı keçiriləcək.

Daha sonra “Jurnalistika” Elmi tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyev “AXC dövründə elm və təhsil”, Televiziya və radio kafedrasının magistrantı Samir Orucov isə “AXC dövründə mübahisəli tarixi ərazilər” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda milət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov AXC-nin böyük dəyər olduğunu vurğulayaraq, konfrans təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun İnformasiya sektorunun rəhbəri Xatirə Hüseynova, Rusiya Elmlər Akademiyasının Ural regional şöbəsinin professoru Aleksey Andreyeviç  də qonaq qismində iştirak ediblər.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub