199 30-01-2018

Akademik Əşrəf Hüseynov – 110

Azərbaycanda riyaziyyat elminin inkişafında böyük xidmətləri olan akademik Əşrəf Hüseynovun 110 yaşı tamam oldu. Cəbrayıl rayonunun Əmirvarlı kəndində İsgəndər bəyin ailəsində anadan olan görkəmli alim ilk təhsilini  əvvəlcə Cəbrayılda, sonra isə Füzuli rayonunda aldıqdan sonra 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası İsgəndər bəyi hələ 14 yaşında ikən itirmiş Əşrəf Hüseynov 1928-ci ildən, yəni artıq tələbə olduğu dövrdən əmək fəaliyyətinə başlayıb və Bakıdakı bir sıra tədris müəssisələrində ali riyaziyyatın əsaslarından dərs deyib. A.S.Kovanko, Y.B.Lopatinski kimi dünya şöhrətli alimlərdən dərs alan  Ə. Hüseynov 1930-cu  ildə universitet təhsilini yetkin bir mütəxəssis kimi başa vurub.

Universiteti bitirdikdən sonra əvvəlcə o,bir müddət Azərbaycan Neft İnstitutunun ali riyaziyyat kafedrasında assistent işləyib, 1931-ci ilin ikinci yarısında isə aspiranturaya daxil olmaq üçün 2 illik Moskva Dövlət Universitetinin (MDU) Riyaziyyat İnstitutuna ezam olunub və 1940-cı ildə görkəmli akademik Andrey Nikolayeviç Tixonovun rəhbərliyi altında yazdığı “Potensial nəzəriyyəsinin bir məsələsi” mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə edib.

 Bakıya qayıtdıqdan sonra Azərbaycan Pedaqoci İnstitutunda işləyən Əşrəf müəllimin bu institutda aspirantura şöbəsinin təşkil olunmasında xüsusi rolu olub. 1934-cü ildənisə elmi və pedaqoci fəaliyyətini artıq təzəcə bərpa edilmiş Azərbaycan Dövlət Univer­sitetində davam etdirib, 1939-cu ilə qədər burada dosent vəzifəsində çalışıb. O,19391944-cü illərdə universitetin fizika-riyaziyyat fakültəsinin dekanı olub. 19401945-ci illərdə isə “Funksiyalar nəzəriyyəsi və cəbr” kafedrasına rəhbərlik edib. 1948-ci ildə MDU-da  doktorluq dissertasiyasını müdafiə edib. Müdafiə Şurasının yekdil rəyinə görə Əşrəf Hüseynov tərəfindən qeyri-xətti inteqral tənliklərin çox mühüm bir sinfi təyin olunmuşdur. Heç də təsadüfi deyildir ki, dünya elmində akademik Ə.İ. Hüseynov qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin banisi kimi tanınır.   

O,19491965-ci illərdə “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri və 19531965-ci illərdə isə mexanika-riyaziyyat fakültəsinin dekanı olub. 1958-ci ildə SSRİ Ali və Xüsusi Orta Təhsil nazirliyi tərəfindən  elmi məruzələr oxumaq üçün Albaniyanın Tirana Universitetinə ezam olunub. Əşrəf müəllim Azərbaycan SSR Elmlər Akademiyasına 1962-ci ildə müxbir üzv, 1968-ci ildə isə akademik seçilib.

Səmimi ünsiyyət qurmaq bacarığı Əşrəf müəllimə Moskvada, Leninqradda (Sankt-Peterburq), Kiyevdə və digər şəhərlərin elmi mərkəzlərinin rəhbərləri ilə işgüzar əlaqələr qurmağa imkan verib. O,belə əlaqələrindən istifadə edərək, Azərbaycanın istedadlı övladlarının Sovet İttifaqının ən qabaqcıl elm ocaqlarına göndərilməsində xüsusi rolu olub. Məsələn,öz doktorluq müdafiəsindən cəmi 3 il sonra, yəni 1951-ci ildə o universiteti yenicə bitirmiş, gələcəkdə böyük alim olacaq Cəlal Allahverdiyevi özü ilə birlikdə Moskvaya apararaq birbaşa akademik M.V.Keldışla görüşdürmüşdü. Akademik M.V. Keldış isə C.Allahverdiyevlə elmi söhbətdən sonra onun  aspiranturaya  imtahansız  qəbul edilməsi üçün göstəriş vermişdi.

Azərbaycanda ali təhsilin və dəqiq elmlərin inkişafında Ə.İ. Hüseynov çox böyük xidmətləri var. Fizika və Riyaziyyat İnstitutu, Hesablama Mərkəzi, Azərbaycan Dövlət Universitetində yeni profilli kafedralar və həmçinin Kibernetika İnstitutu bilavasitə Əşrəf müəllimin aktiv iştirakı ilə təşkil olunub. O, uzun illər ərzində Azərbaycanın Maarifvə Ali və Xüsusi Orta Təhsil Nazirliklərinin nəzdlərindəki Metodik Şuralara rəhbərlik edib və SSRİ Təhsil  Nazirliyinin Metodik Şurasının üzvü olub. 19651970-ci illərdə Kibernetika İnstitutunda direktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə bir çox elmi və təcrübi əhəmiyyətli işlər görülüb. Onlardan hesablama texnikasının riyazi üsullarının inkişafı, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi, məlumatların emalı, informasıyanın çevrilmə və saxlanma sisteminin qurulma əsaslarının işlənməsi, ixtisaslaşdırılmış hesablama və məntiq qurğulu kibernetik sistemlərin araşdırılması, onların qurulma əsaslarının işlənməsi və neftçıxarma və neft-kimya sənayesində tətbiqi, müəssisələrin idarəetmədə riyazi üsulların işlənməsi, texnoloci proseslərin idarəetmə üsullarının yaradılması və s. qeyd etmək olar. Bu işlərin İnstitutun güclü elmi bir mərkəz kimi formalaşmasında böyük əhəmiyyəti  olub.

Əşrəf müəllim 1970-ci ildən ömrünün sonuna kimi Azərbaycan SSR EA-nın Fizika-Texnika və Riyaziyyat Elmləri Şöbəsində akademik-katib vəzifəsində çalışıb. Ümumittifaq və Beynəlxalq elmi konfransların həm iştirakçısı, həm də təşkilatçısı olmaqla bərabər bir sıra vacib elmi seminarlara rəhbərlik edib.

Akademik Əşrəf Hüseynov 70-dən artıq elmlər namizədi və elmlər doktoru yetişdirib. Onlardan Azərbaycan EA-nın müxbir üzvləri Qoşqar Əhmədovu, Arif Babayevi, Yəhya Məmmədovu, fizika-riyaziyyat elmlər doktorları Hüseyn Çəndirovu, Xalid Muxtarovu, Karlen Xudaverdiyevi və başqalarını  göstərmək  olar.

Alimin elmi və peşdaqoci fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O,Azərbaycan SSR-nin əməkdar elm xadimi və əməkdar müəllim adlarına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib.

Əşrəf müəllim istedadlı və görkəmli alim kimi son nəfəsinə qədər özünü doğma xalqının tərəqqisinə həsr edib. Onun nurlu xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq!

 

Əli Əhmədov

Funksiyalar nəzəriyyəsi və funksional analiz

kafedrasının müdiri, professor 

Digər yazılar

“Ailəmi ən böyük sərvətim hesab edirəm”

Ömür kitabının 80-ci səhifəsi

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib