264 06-04-2018

BDU-nun professoru Türkiyədə mühazirələr oxuyub

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin  professoru, filologiya üzrə elmlər doktoru Yeganə İsmayılova Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin Ədəbiyyat fakültəsində iki həftəlik elmi ezamiyyətdə olub. Professor “Türk xalq ədəbiyyatına giriş” və “Əski türk dastanları” mövzusunda mühazirələr oxuyub, "Türk mədəniyyət tarixinin xəzinələri" (Dede Korkut, Divan-i Lüğətit-türk və Kutatgu-bilig) adlı konfransda iştirak edib.

Professor Y.İsmayılova həmçinin İstanbul Universitetinin prorektoru, professor Sedat Murad, Ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Dəvəli və professor Sefer Şenerlə görüşüb. Görüşdə universitetlərarası əlaqələrin önəmindən bəhs edilib, elm-təhsil sahəsində gələcək layihələr müzakirə edilib.

Y.İsmayılova səfər çərçivəsində Yeni Yüzyıl universitetinin Alev Ofluoğlu adına salonunda Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın anadan olmasının 80 illiyi münasibəti ilə Türk Ədəbiyyatı Vəqfi və Yeni Yüzyıl universitetinin birlikdə təşkil etdiyi toplantıda iştirak edib, yeni çap olunan "Kitabi-Dədə Qorqud dastanları” və “Çağdaş Azərbaycan Ədəbiyyatı" kitabını yazıçı Anara təqdim edib.

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub