211 10-04-2018

Şərqşünaslıq fakültəsində Şərca Universitetinin əməkdaşları ilə görüş olub

 

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Birləşmiş Ərəb Əmirlikləri Şərca Universitetinin Humanitar elmlər fakültəsinin müəllim və tələbələri ilə görüş olub. Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə keçirilən görüşdə dekan müavini Cavanşir Məmmədzadə ərəb ölkələri, xüsusilə də BƏƏ ilə Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafından bəhs edib. O, fakültənin beynəlxalq əlaqələri, Şərq ölkələri ilə ədəbi-mədəni və elmi müstəvidə olan əməkdaşlıqdan, birgə layihələrin həyata keçirilməsindən bəhs edib.  Sonra Humanitar elmlər fakültəsinin müəllimi Amr Əlsüheyli BƏƏ-nin təsisçisi və keçmiş prezidenti şeyx Zaid bin Sultan Əlnəhyanın daxili və xarici siyasəti, ölkəsinin Azərbaycan ilə elmi-mədəni əlaqələrindən danışıb.

Qeyd edək ki, tədbirdə tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllim və magistrantları da iştirak edib.

 

 

 

 

 

 

 

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub