383 17-04-2018

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Yubileyə həsr olunmuş növbəti tədbir  aprelin 13-də Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təşkil olunub.

Fakültənin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü, “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosent əvəzi s.e.ü.f.d. Mətin Məmmədlinin dəstəyi ilə keçirilən seminarda  Beynəlxalq münasibətlər fakültəsi ilə yanaşı digər fakültələrin professor–müəllim heyəti, tələbələr, gənc tədqiqatçılar iştirak ediblər.

Seminarda BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu və jurnalist-araşdırmaçı Dilqəm Əhməd çıxış ediblər.

Beynəlxalq münasibətlər fakültəsinin II kurs tələbəsi Vüsal Həsənzadə Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin fəaliyyəti dövründən AXC-nin süqutu və mühacirət dövrü barədə geniş məlumat verib.

 

Sonda TEC-in fakültə üzrə elmi rəhbəri Əlimusa İbrahimov yubileylə əlaqədar silsilə tədbirlərin keçirilməsindəki xidmətlərinə görə fakültənin müəllimləri-Mətin Məmmədli, Ayşən  Aslan-Məmmədli, Eldar Cəfərov, Vəli Cəfərov, Aytən Qurbanova və fakültə üzrə TEC-in sədri  Şahmar Rüstəmliyə təşəkkürünü bildirib.

 

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər