212 18-04-2018

BDU-nun Filologiya fakültəsində Mir Cəlal Paşayevlə bağlı üç kitabın təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib. BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun elmi redaktorluğu ilə yenidən nəşr olunmuş “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin, ADPU-nun professoru Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” və Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızıstanda rus və qırğız dillərində çap edilmiş “Mir Cəlal dünyasından sətirlər” kitablarının təqdimatına həsr olunmuş tədbirdə respublikamızın tanınmış elm xadimləri, müəllimlər və tələbələr iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Mir Cəlalın həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabları müasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib. 
Mir Cəlalın Firidun Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyini yenidən çapa hazırlamış Təhsin Mütəllimov ustadı hesab etdiyi görkəmli yazıçı ilə bağlı maraqlı xatirələrini söyləyib, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən bəhs edib. 
“Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi, ADPU-nun professoru Təyyar Salamoğlu əsər haqqında məlumat verərək, Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıb. 
Hidayət Orucovun “Mir Cəlal dünyasından sətirlər” kitabı haqqında danışan müəllifin qızı, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova iştirakçılara görkəmli yazıçıya həsr olunmuş bu nəşr haqqında məlumat verib. Bildirib ki, həmin kitab dünyanın bir sıra dillərinə, o cümlədən qırğız dilinə də tərcümə olunaraq, qırğız ictimaiyyətinə təqdim edilib.
Daha sonra ADPU-nun kafedra müdiri, professor Himalay Qasımov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli, BDU-nun professoru İfrat Əliyeva, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın qızı, BDU-nun Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, professor Ədibə Paşayeva Mir Cəlal irsindən ətraflı söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər