85 04-05-2018

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

Bakı Dövlət Universitetdə 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılıb. Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilib. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 17 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və mərkəz olan Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. “Bakı Universiteti” qəzeti Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimovla müsahibəni təqdim edir:

 

- Əvvəlcə özünüz barədə məlumat verərdiniz...

Gəncə şəhərində anadan olmuşam. 2013-cü ildə M.A.Abbaszadə adına 20 saylı tam orta məktəbin məzunu olduqdan sonra Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olmuşam. Hazırda Dünya iqtisadiyyatı ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Universitetin Tələbə Gənclər Təşkilatında əvvəl üzv, sonra sədr müavini vəzifəsində çalışmış, 2016-cı ilin martından etibarən TGT-nin sədri vəzifəsini icra edirəm.

-Tələbə Gənclər Təşkilatının əsas xidmətləri nələrdir?

Əsas iş sferamız tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla yanaşı tələbələrin hüquqlarını müdafiə etmək, tələbə-gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaqdır.

- Artıq uzun müddətdir ki, tələbələrlə çoxsaylı layihələrdə iştirak edirsiniz. Bakı Dövlət Universitetinin tələbələri ictimai həyatda nə dərəcədə fəaldırlar?

Bilirsiniz, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi dövrdə ölkəmizdə gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində münbit şərait formalaşıb. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi, o cümlədən Bakı Dövlət Universitetinin tələbələri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Sevindirici haldır ki, BDU-nu təmsil edən tələbələr yalnız yerli deyil, o cümlədən bir çox beynəlxalq layihələrdə uğurla təmsil edirlər.

- TGT-də fəaliyyət göstərmək sizə nə qazandırır?

Qeyd edim ki, fəaliyyətim müddətində gənclərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını təmin edilməsi istiqamətində aparılan işlərə kömək etməklə yanaşı, özüm də daha yaxından iştirak edirəm. Təbii ki, çoxsaylı tədbirlərin iştirakçısı və təşkilatçısı olduğum işlərin sayəsində qazandığım təcrübənin gələcək fəaliyyətimə müsbət təsir edəcəyini düşünürəm.

- Digər universitetlərin TGT-ləri ilə müqayisə etdikdə, sizin təşkilatda nə kimi fərqli və yeni layihələr həyata keçirilir?

BDU TGT-i kimi digər ali təhsil müəssisələrinin TGT-ləri də eyni məqsədlərə xidmət edirlər. Təbii ki, bu proses müxtəlif TGT-lərdə fərqli işlərlə, layihələrlə həyata keçirilir. BDU TGT bir çox uğurlu layihələrə imza atıb. İntellektual oyunların təşkilini xüsusi qeyd etmək istəyirəm. Belə ki, mütəmadi olaraq Bakı şəhərindəki əksər ali təhsil müəssisələrin tələbələrini bir araya toplayır və məntiqi təfəkkürün qiymətləndirilməsi üzrə mübarizə aparırlar. “BDU 97”, “BDU 98” adı altında həyata keçirilən bu layihəni davam etdiririk.

- Gələcək layihələriniz barədə məlumat verərdiniz?

Bakı Dövlət Universitetinin 100 illiyi ərəfəsində bir sıra layihələr üzərində işləyirik. Düşünürük ki, ölkə miqyasında həyata keçiriləcək həmin layihələrə yalnız BDU tələbələri üçün deyil, digər ali təhsil ocaqlarının tələbələri üçün də faydalı olacaq.


 

Ruslan YUSİF,

Juarnlistika fakültəsi,

III kurs tələbəsi

 

Digər yazılar

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."

"Ölkə rəhbərliyi ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var"

Yepiskop Vladimir Fekete: "Qonaqpərvər və mehriban xalqınız var"

"Bakı Dövlət Universitetindəki yaradıcı mühit məni heyrətləndirdi"

"Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"- İndoneziyalı səfir

“Nazir olmaq haqqında fikirləşmirəm”

BDU-nun Rus Mərkəzinin növbəti uğuru

"İctimaiyyətlə əlaqələr işində üç qızıl qayda var" - Bakıya gəlmiş əcnəbi PR mütəxəssislərindən MƏSLƏHƏT    

Şərqşünas alim Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram” - MÜSAHİBƏ  

Professor Şəhla Səmədova: "Mən bu günə kimi də həmin ədalətsizliyi unuda bilmirəm"

Professor Əbülfəz Rəcəbli: "Orfoqrafiyanın tez-tez dəyişdirilməsinin əleyhinəyəm"

Yazılı mətbuatın internet mediası ilə rəqabət aparması - Baş redaktorlar belə düşünür - RƏYLƏR

“Çətinliklərdən qorxmamalıyıq, onları əvvəldən gözə almalıyıq...” - Müsahibə

"Dilimizə sahib çıxmaq bizim borcumuzdur" - Professorlarla söhbət

Fikrət Şiriyev: “Həyat yoldaşım, övladlarım günlərlə mənə həsrət qalıblar” - MÜSAHİBƏ

“Məsum vətənpərvərlərimizin axıdılan qanları istiqlaliyyət günəşinin ilk şəfəqlərinə döndü”