266 03-05-2018

BDU-da görkəmli filosof Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib

Bakı Dövlət Universitetində (BDU) görkəmli filosof, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş “Heydər Hüseynovun elmi-nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri” adlı Respublika elmi-praktik konfransı keçirilib.

Ölkənin tanınmış dövlət və elm xadimləri, BDU-nun professor-müəllim heyətinin iştirak etdiyi konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin “Heydər Hüseynovun 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən ölkədə silsilə tədbirlərin keçirildiyini bildirib. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi ölkəmizdə, o cümlədən Bakı Dövlət Universitetində fəlsəfənin inkişafındakı xidmətlərindən bəhs edən rektor Abel Məhərrəmov alimin 42 il ömür sürməsinə baxmayaraq böyük uğurlara imza atdığını, 250-dən artıq elmi əsərin müəllifi olduğunu, bir neçə ömrə sığa bilən zəngin irs qoyub getdiyini diqqətə çatdırıb.

Görkəmli filosofun həyat və fəaliyyətinə həsr edilmiş filmin nümayişindən sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadənin “Heydər Hüseynovun həyatı və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib. Professor Hikmət Əlizadə Sosial elmlər və psixologiya fakültəsində müəyyən illərdə Fəlsəfə kafedrasına rəhbərlik etmiş alimin adına auditoriya adlı təqaüdün təsis edildiyini də xatırladıb.

Plenar iclasda çıxış edənlər - Psixologiya kafedrasının müdiri, AMEA–nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov, Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov akademikin fəlsəfə elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.

Sonda alimin ailəsi adından Musa Orucov konfransın təşkilinə görə rektor, akademik Abel Məhərrəmova, o cümlədən əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Konfrans işini “Heydər Hüseynovun həyat və yaradıcılığı”, “Azərbaycanda sosial həyatın fəlsəfədə inikası”, “Müasir fəlsəfənin inkişaf xüsusiyyətləri”, “Fəlsəfə və humanitar elmlər”, “Fəlsəfə və təbii elmlər” və “Azərbaycanda elm” adlı bölmə iclaslarında davam etdirib.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər