501 10-05-2018

BDU tələbələri Qubada çöl-tədris təcrübəsinə başlayıb

Bakı Dövlət Universitetində (BDU) müvafiq ixtisaslar üzrə istehsalat çöl təcrübəsinə start verilib.

Rektor, akademik Abel Məhərrəmov Qubanın II Nügədi kəndindəki Tədris-təcrübə və İstirahət Mərkəzinə yola düşən tələbələrlə görüşərək hər tədris ilinin sonunda baş tutan tədbirin bu il Ümummillli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə təsadüf etdiyini söyləyib.

Tədris-təcrübə mərkəzinin 1967-ci ildən fəaliyyətə başladığını, müəyyən illərdə münbit şərait olmadığından tələbələrin təcrübə imkanlarının məhdud olduğunu deyən rektor 2012-ci ildə yeni mərkəzin tikintisinə şərait yaradıldığını, 2013-cü ildə Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Quba Tədris-təcrübə və İstirahət Mərkəzinin açılış mərasiminin keçirildiyini qeyd edib.

Akademik Abel Məhərrəmov mərkəzdə universitetin təbiət və humanitar fakültələrində təhsil alan tələbələr üçün müxtəlif tədris təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin istirahəti üçün hər cür şərait yaradıldığını, indiyədək minlərlə tələbənin təcrübə keçdiyini vurğulayıb. O, ötən beş il ərzində əməkdaşlıq müqavilələri əsasında Türkiyə, Çexiya, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və bir sıra digər ölkələrin universitetlərinin alim və tələbələrinin, həmçinin Almaniyanın GİZ təşkilatının mütəxəsslərinin tədris-təcrübə mərkəzində yay məktəbində və təcrübədə olduqlarını da qeyd edib.

Rektor Biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə 93, Biologiya ixtisası üzrə 116, Su bioehtiyatları və akvabitkilər ixtisası üzrə 15 nəfər və 11 rəhbər müəllim olmaqla tədris təcrübəsi keçmək üçün yola düşənlərin hər birinə uğurlar arzulayıb.

Sonra tələbələr təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Tədris-təcrübə və İstirahət Mərkəzinə yola salınıblar.

Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.

Digər yazılar

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib

BDU-da Yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev İtaliyada Beynəlxalq Nəzəri Fizika Mərkəzində olub

BDU-da Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib

BDU-da imtahan sessiyası başlayıb

BDU-da “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Jurnalistika fakültəsinin tələbələri “Tələbə xəbər” layihəsini təqdim ediblər