145 22-05-2018

BDU-da “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

Bakı Dövlət Universitetində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə təşkil olunan “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Kuveyt,  Polşa, Qazaxıstan,  Özbəkistan və digər ölkələrdən 70-dək elm adamının qatıldığı üçgünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Rektor, akademik Abel Məhərrəmov giriş nitqi ilə çıxış edərək, konfransın müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Rektor bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verib, həmin dövrün Azərbaycan tarixinin parlaq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycan Respublikasının  AXC-nin varisi olduğu fikrini səsləndirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də qurulmuş, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Cümhuriyyətin tarixi xidmətləri haqqında məlumat verən rektor, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsinə xüsusilə diqqət çəkib və universitetin AXC –nin oğul yadigarı olduğunu bildirib.

Plenar iclasda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı və ABŞ-ın Prinston universitetinin professoru Maykl Reynolds çıxış ediblər. Bildirilib ki,  Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət daşıyan və bu gün xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.

Çıxışlardan sonra BDU-nun tarixini əks etdirən film nümayiş olunub, tədbir bədii hissə ilə davam edib.

Sonra bölmə iclasları başlayıb. Konfransın bölmə iclaslarında 30-a yaxın ölkədən gəlmiş iştirakçılar tərəfindən 300-dən artıq elmi məruzə dinləniləcək.

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub