1089 23-05-2018

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

Hər gün üz-üzə gəlib salamlaşdığımız, sadəliyi və səmimiliyi ilə hörmətimizi qazanmış Təranə xanımın bu günlərdə 60 yaşı tamam oldu. Təranə Əhədova 1978-ci ildən Universitetin Kadrlar şöbəsində çalışır. Əvvəl kadr işləri üzrə mütəxəssis vəzifəsində işləyən T.Əhədova hazırda müdir əvəzidir.

- Təranə xanım,  ailəniz barədə bir qədər məlumat verərdiniz...

- 1958-ci il mayın 15-də Bakıda neftçi ailəsində anadan olmuşam. Ailədə 3 uşaq olmuşuq. Bacım tibb bacısıdır, qardaşım Daxili İşlər Nazirliyinin əməkdaşı olub. 2 övladım var. Həyat yoldaşım uzun müddət prokurorluq orqanlarında çalışıb. Hazırda təqaüddədir. Oğlum hüquqşünasdır. Qanunvericilik orqanında çalışır. Qızım Coğrafiya fakültəsini bitirib.

- Biologiya fakültəsinin məzunusunuz. Bəs necə oldu ki, Kadrlar şöbəsində fəaliyyətə başladınız?

- Axşam şöbəsində təhsil aldığım üçün işləmək imkanım olub. Tələbəlik illərindən universitetinKadrlar şöbəsində çalışdığımdan təhsilimi başa vurduqdan sonra burada işləməyə davam etdim. Öz üzərimdə çalışmaqla böyük təcrübə qazanmışam. İşimdən çox razıyam.

- Əmək fəaliyyətinizə nə vaxtdan başlamısınız?

-1975-ci ildə Təhsil Nazirliyinin Layihə Idarəsində əmək fəaliyyətinə başlamışam. 1978-ci ilin yanvar ayından isə Bakı Dövlət Universitetinin Kadrlar şöbəsində çalışıram.  Bura mənim sanki ikinci evimdir. Universitet mənə çox doğma məkandır.

- 40 ildən artıqdır ki, işləyirsiniz. Adətən işgüzar xanımlar ailədə müəyyən çətinliklərlə qarşılaşırlar. Siz bunların öhdəsindən necə gəlmisiniz?

- Doğrudur, uşaqlar kiçik yaşlarında olanda çətinliklər olub. Həyat yoldaşım çox zaman işdə olduğu üçün uşaqların tərbiyəsi ilə mən məşğul olmuşam. İşimi elə qururdum ki, ailədə narahatçılıq yaranmasın. Uşaqlara kiçik yaşlarından bir-birinə dayaq olmağı öyrətmişdim.  Çox tələbkar valideyn olmuşam. Nizam-intizam  ailəmizdə həmişə əsas olub.

- Bu günlərdə 60 yaşın sevincini yaşadınız. Ad gününüzü necə qeyd etdiniz?

- Yaşdan asılı olmayaraq insan həmin gün sanki bayram əhval-ruhiyyəsində olur. Ad günü münasibətilə ilk olaraq məni həyat yoldaşım və övladlarım təbrik etdilər. Sonra isə yaxınlarım və doğmalarımla birlikdə qeyd etdik. İş yoldaşlarım da sağ olsunlar,  səmimi süfrə arxasında toplaşdıq. Yadda qalan bir gün yaşadıq.

- 60 yaş sizə nə deyir? Sizcə, bu yaşa qədər gəlib çatmaq bir insan üçün nə deməkdir?

- 60 yaş bir ömürdür. Acılı-şirinli bir insan ömrü. İtkilərim də olub, qazandıqlarım da. İnsan həyatdan həmişə nəsə bir yenilik gözləyir, bunun üçün çalışır. Arzularla yaşayırıq. Arzular isə nə bitir, nə də tükənir.

- Həyatınızda ən böyük qazancınız nədir?

- Ən böyük qazancım mənə sevinc və fərəh bəxş edən övladlarımdır. Onlarla fəxr edirəm.  Oğlum ailəlidir, gəlinimi 3-cü övladım hesab edirəm. Onu heç vax  balalarımdan ayırmıram. Zəhmətimə verilən qiymət də ən böyük uğurumdur. Həyatımdan razıyam. Ancaq ümid edirəm ki, ömrümün maraqlı və önəmli anları hələ qarşıdadır. İnsan hər zaman ümidlə yaşayır.

- Təranə xanımı çox sakit təbiətli, mülayim bir insan kimi xarakterizə edirlər. Hansı məqamlar sizin bu təmkininizi poza bilər?

- Bəli, sakit təbiətliyəm, bacardığım qədər hadisələrə səbir və təmkinlə yanaşmağa çalışıram. Etiraf edim ki, bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam.

-Gün ərzində xeyli insanla ünsiyyətdə olursunuz. Çox güman ki, onlar arasında nizam-intizam qaydalarını pozmağa cəhd edənlər də olur. Onlarla münasibəti necə tənzimləyirsiniz?

- Hər kəslə başa düşəcəyi dildə münasibət qurmağa çalışıram. Dürüst olmağım və insanlara olan təmənnasız münasibətim vəziyyəti öz-özünə tənzimləyir. Qarşımdakının yalan və qeyri- səmimiliyinə öz səmimiyyətimlə cavab verirəm. Nizam-intizam qaydalarından yayınmağa cəhd edənləri isə qanun çərçivəsində intizama dəvət edirəm.

- Kifayət qədər iş təcrübəniz var. Cavan kadrları iş şəraitinə uyğunlaşdırmaq istiqamətində hansı tədbirlər görürsünüz?

- Gənc əməkdaşlarla öz övladlarım kimi davranıram. Onlara gördükləri işi sevərək yerinə yetirməyi, işlərində məsuliyyətli və diqqətli olmağı məsləhət görürəm.  

- Sonda ən böyük arzunuzu bilmək istərdik...

- Arzum dövlətimi hər zaman müstəqil, xalqımı firavan,  ətrafımdakı insanları  sağlam və xoşbəxt görməkdir.

- Müsahibəyə görə təşəkkür edirik. Sizi 60 illik yubileyiniz və bu günlərdə universitetin «Fəxri fərmanı» ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edirik.

Solmaz Babaşova

Digər yazılar

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”