534 23-05-2018

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Bakı Dövlət Universitetində tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor Musa Bayramovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov yubiley tədbirini açaraq alimin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Musa Bayramov Azərbaycanda neft kimyası sahəsində bir çox elmi yeniliklərin müəllifi kimi tanınıb. Rektorun sözlərindən məlum olub ki, alim 500-dən çox elmi əsərin, o cümlədən 40-dək müəlliflik şəhadətnaməsi və 20-dən çox patentin, monoqrafiyaların, dərslik, dərs vəsaiti, dərs proqramı və metodik göstərişin müəllifidir, onun rəhbərliyi ilə 20-dən çox elmlər doktoru və elmlər namizədi müdafiə edib.

Sonra Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizovun “Fədakar alim, profesor Musa Bayramovun həyat və yaradıcılığı”adlı məruzəsi dinlənilib.

Yubiley tədbirində akademiklər Dilqəm Tağıyev, Vaqif Abbasov, Vaqif Fərzəliyev, BDU-nun kafedra müdiri, professor Əyyub Əzizov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru, professor Qasım Məmmədov, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov və Kimya fakültəsinin 3-cü kurs tələbəsi Nəzrin Baxşıyevanın yubilyarla bağlı çıxışları dinlənilib.

Sonda çıxış edən professor M.Bayramov yubiley tədbirinin keçirilməsinə görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Digər yazılar

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib