4059 23-05-2018

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

Niderland Krallığı Qərbi Avropa dövlətlərindəndir. Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451 km). Almaniya və Belçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027 km). Paytaxtı – Amsterdam şəhəridir, hökumət iqamətgahı – Haaqa şəhərindədir. Digər iri şəhərləri Rotterdam – dünyanın ən iri limanı, Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi və Eyndhovendir. Xüsusi statusa malik olan Aruba və Niderland Antil adaları birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.

“Səfirlə söhbət” rubrikamızın budəfəki qonağı Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kerversdir.

 

- Salam cənab səfir. Əvvəlcə özünüz barədə qısaca məlumat verərdiniz...

- 37 ildir ki, diplomat işləyirəm. 1572-ci ildə Hollandiyada yaradılmış qədim ali məktəb olan Leyden Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almışam.

-Bir qədər həmin illərdəki təhsillə bağlı danışardınız...

- Belə bir ali məktəbdə təhsil almaq məsuliyyətli idi. Proqram əsasında, intensiv olaraq BMT qanunları və Avropa hüququ kimi mövzuları öyrənirdik. Beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi münasibətlər sahəsində fənlər tədris olunurdu. Beynəlxalq hüquqla bağlı yalnız bir fənn seçməkdə sərbəst idik və mən “Aviasiya hüququ”nu seçdim. Çünki aviasiya mənim üçün maraqlı idi. Burada bizə “Beynəlxalq vətəndaş aviasiyası” fənni də tədris edilirdi. Həmin dövrdə SSRİ və ABŞ arasında kosmik bir yarış gedirdi. Diplom müdafiəm məhz bu mövzu ilə bağlı idi.

-Niderlandı digər ölkələrdən fərqləndirən xüsusiyyətlər hansılardır?

-İlk olaraq onu qeyd edə bilərəm ki, biz beynəlxalq münasibətlərə açıq bir ölkəyik. Ölkəmiz təbii sərvətlərlə zəngin olmasa da, coğrafi mövqeyimiz çox əlverişlidir. Xalqımız da çox bacarıqlıdır. Bildiyiniz kimi, niderlandlı səyyahlar bir çox yeni coğrafi kəşflərə imza atıblar. Çin və Yaponiya kimi qapalı ölkələrlə ilk əlaqə quranlardan biri məhz Niderland olub. Niderland universitetlərində bir çox xarici ölkələrdən tələbələr təhsil alırlar. Bizim ölkəmizdə bütün dini azadlıqlar təmin edilib. Məlum olduğu kimi, Niderlandda Xristianlığın Protestantlıq məzhəbinin Kalvinizm qolu mövcuddur və Kalvinizm insana daha çox azadlıq və seçim haqqı verir. Bundan başqa Niderlandda digər dini etiqadlar da var. Son dövrdəki miqrasiya axınından sonra isə artıq müsəlmanların da sayı artır.

- Miqrant axını Avropa üçün problemlər yaradırmı və bu baxımdan nə kimi təhlükələr var?

- Bəli, bu gün Avropa üçün belə bir gerçəklik mövcuddur. Bəzi miqrantlar Avropaya adaptasiya olunur, bəziləri isə yox. Bu yerli əhali ilə miqrantlar arasında bir sıra problemlərə yol açır. Bu gün təsadüfi deyil ki, Avropada sağ partiyaların yüksəlişini görsək də, ümid edirik ki, hər şey yaxşı olacaq və miqrantlar da gəldikləri yerə uyğunlaşacaqlar.

-Sizcə bir insan mükəmməl olmaq üçün nə etməlidir?

-Bu suala cavab vermək o qədər də asan deyil. İnsan öz üzərində işləməlidir və əzimli olmalıdır. Mübariz olmalı, daim özünü təkmilləşdirməlidir.

-Bu vəzifəyə təyin olunmazdan əvvəl ölkəmiz haqqında məlumatınız var idimi?

-Azərbaycan haqqında məlumatlı idim. Xüsusilə də Türkiyədə səfir olduğum müddətdə ölkəniz haqqında kifayət qədər məlumat əldə etmişdim. Və ölkənizə gəldikdən sonra bir çox rayonlarınızda oldum. Xalqınız çox mehriban və qonaqpərvərdir. Gənc dövlət olmağınıza baxmayaraq böyük inkişaf yolu keçmisiniz. Ölkələrimiz arasında ticarət, təhsil və xüsusilə də energetika ilə bağlı qarşılıqlı əlaqələrimiz var.

-Sonda biz gənclərə məsləhətiniz...

-Hər bir ölkə savadlı gənclərə malik olmalıdır. İnanıram kimi, müasir və yüksək savada sahib gənclər Azərbaycanı daha da ışıqlı gələcəyə aparacaq.

Hacıbaba Mustafayev,

Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

(ingilis bölməsi)

 

 

Digər yazılar

“İmtahan keçirilən binaya daxil olanda hər şey dəyişdi” – Jurnalistika fakültəsinin tələbəsi

Kadir Öz: Məqsədimiz Azərbaycanda Beşiktaşa olan sevgini artırmaqdır

Sabir Rüstəmov: Mən o vaxt uğur qazanaram ki...

Fuad İbrahimli: Bu işin təməli məşqdir

BDU-nun dosenti İradə Dadaşova: "Dostları illər özü ələkdən keçirir"

ATV-nin xəbər aparıcısı: “Jurnalistikanı içdən sevən insan bütün gəlirini bu sahədən əldə edə bilər” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: "Azərbaycan İsrail üçün nadir ölkələrdəndir"

Psixoloq: “Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir” - MÜSAHİBƏ

Müəllim fenomeni

Nürnberq prosesində iştirak etmiş yeganə azərbaycanlı

DATÜB-ün Azərbaycan təmsilçisi: "Axısqa türkləri yaşadığı dövləti hər zaman dəstəkləyirlər"

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”