77 14-06-2018

Universitetdaxili “50+50” qrant müsabiqəsi

 

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr səviyyəsi üzrə təhsil alan tələbələrin elm və təhsildə, universitet həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU üzrə 09.06.2009-cu il tarixli R-48 saylı əmrlə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 01 oktyabr 2018 - 30 iyun 2019-cu il tarixlərini əhatə edən Universitetin 100-illik yubileyinə həsr olunmuş mərhələsini açıq elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Sənədlər 20 iyun 2018-ci ildən 30 iyun 2018-ci il tarixədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir. 
Fakültə və ETİ-lərin müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri isə 10 iyul 2018-ci il tarixədək universitet komissiyasına təqdim edilməlidir.

Digər yazılar