58 14-06-2018

Bakı Dövlət Universitetində 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib


 

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BDU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor, akademik Abel Məhərrəmov giriş sözü ilə çıxış edərək 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının önəmindən, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib. Rektor həmin dövrdə qısa zaman kəsiyində siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndərin Azərbaycanda  elm və təhsilin hamisinə çevrildiyini, prezident İlham Əliyevin bu siyasətin layiqli davamçısı olduğunu qeyd edib.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisinin deputatı Ülvi Quliyev Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, ümummilli liderin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən danışıblar.

Tədbir ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.

 

 

 

Digər yazılar

BDU-da Ümummilli liderin anım mərasimi keçirilib

BDU-da onlayn konfrans zalının açılışı olub

BDU tələbələri XİN-in mətbuat katibi ilə görüşüblər

BDU-da Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib

ADA Universitetinin tələbələri BDU-da

BDU-nun dosenti Moskvada beynəlxalq konfransda məruzə edib

BDU-da intellektual oyun keçirilib

BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

Nəsiman Yaqublunun kitabının təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Çində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb

BDU-da BMT və Hüquq fakültəsinin seminarı keçirilib

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib

BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi olub

Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlardan 1982-si Bakı Dövlət Universitetini seçib