295 14-06-2018

"Gənc istedadlar" liseyində "Son zəng"

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq məzunları və onların valideynlərini təbrik edib. Liseyin 10 illik fəaliyyətindən danışan rektor bu illər ərzində qazanılan uğurları diqqətə çatdırıb. Qeyd edib ki, bu il liseyin Azərbaycan və rus bölməsindən məzun olan 52 nəfərin hər biri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərib, bir neçəsi müvafiq imtahanlar verməklə xarici universitetlərə qəbul olunublar. Builki məzunların əksəriyyətinin müxtəlif vaxtlarda olimpiada və müsabiqə qalibləri olduğunu vurğulayan rektor Lisey Pedaqoji Şurasının qərarı ilə onlardan 12 nəfərinin medala namizəd göstərildiyini də bildirib.


Liseyin direktoru, professor Qasım Hüseynov isə 2017-2018-cı tədris ilində şagirdlər bir çox uğurlara imza atmalarından bəhs edib. Belə ki, onlar respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə uğurlu iştirak edib, mükafatçılar sırasında olublar. Direktorun sözlərindən məlum olub ki, indiyədək bu təhsil ocağını bitirən 330 məzunun hamısı respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Onlardan 85 nəfəri universitetlərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 25 nəfəri qızıl, 5 nəfəri gümüş, daha 5 nəfəri isə Prezident təqaüdünə layiq görülüblər. 
Sonra valideynlər adından Qismət İbrahimov, məzunlar adından isə ötən il 661 balla BDU-nun Hüquq fakültəsinə daxil olan Cəlal Abdullayev çıxış edib.


Tədbir lisey şagirdlərinin hazırladıqları bədii proqramla başa çatıb.

Digər yazılar

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib

BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi olub

Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlardan 1982-si Bakı Dövlət Universitetini seçib

Vasif Babazadə “Şərəf” ordeni ilə təltif edilib

BDU-da Məzun günü keçirilib

BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib

BDU-nun dosenti Milli Qurtuluş Günü ilə bağlı mühazirə deyib

BDU-da “Açıq qapı” günü keçirilib

Bakı Dövlət Universitetində 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib

Təhsil naziri rektor Abel Məhərrəmovu təşəkkürnamə ilə təltif edib

XİN-in Mətbuat katibi BDU tələbələri ilə görüşüb

BDU-da “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

BDU tələbələri Qubada çöl-tədris təcrübəsinə başlayıb

BDU-da görkəmli filosof Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində VII Respublika elmi konfransı keçirilib

BDU rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında çıxış edib