219 14-06-2018

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatının birgə təsis etdiyi New Materials, Compounds and Applications” (NMC&A) jurnalının yeni sayı çapdan çıxıb. Jurnal kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən rəyləşdirilmiş nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi jurnaldır. Jurnalın baş redaktoru akademik Abel Məhərrəmovdur.

Jurnalın 2017-ci ilin dekabrında çapdan çıxmış birinci sayında Armando J. L. Pombeiro, Hirotaka Ihara, N.V. Kozak, Hiroki Noguchi və s. kimi dünyada məhşur alimlərinin məqalələri çap olunub.

Jurnalın bu sayına materiallar və birləşmələr nəzəriyyələrinin və tətbiqlərinin müxtəlif aspektlərinə həsr edilmiş ciddi elmi tutumlu, rəyləşdirilmiş məqalələr daxil edilib. Diqqətəlayiq haldır ki, yeni təsis olunmasına baxmayaraq, jurnal artıq ciddi beynəlxalq indeksləmə sistemlərinə daxil olub, dünya alimlərinin diqqətini ciddi bir elmi nəşr kimi cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, jurnalın ikinci sayına daxil edilən məqalələr də kifayət qədər tanınmış alimlərə aiddir. Jurnalın nəşri sistematik olaraq davam etdiriləcəkdir.

Jurnala daxil edilən məqalələr uyğun profilli tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb edir.

 

 

Digər yazılar

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib