204 02-02-2018

"Yalçın Əlizadə hər birimiz üçün bir məktəbdir"

Yanvarın 18-də Jurnalistika fakültəsinin professoru Yalçın Əlizadənin 78 yaşı tamam oldu. Facebook sosial şəbəkəsində onun keçmiş tələbələri, Jurnalistika fakültəsinin əməkdaşları səmimi təbriklərini paylaşıblar. “Bakı Universiteti” qəzeti onlardan bəzilərini təqdim edir:

 

sa arayış: Yalçın Əlizadə 1940-cı il yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1962-ci ildə BDU-nun Iurnalitstika fakültəsini bitirib. 1971-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. 1971-ci ildən həyatını Bakı Dövlət Universiteti ilə bağlayıb. 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. 1974-1981-ci illərdə Universitetin Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, Baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri,1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub. 70-dən çox məqalənin, 4 kitabın müəllifidir. İki övladı, 4 nəvəsi var.

Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva: Bu gün çox dəyərli və unudulmaz bir insanın - professor Yalçın Əlizadənin ad günüdür. Yalçın müəllimin rəhbərliyi altında işləmək çox məsuliyyətli, eyni zamanda da şərəfli idi. Dekan olduğu illərdə onun tükənməz işgüzarlıgı, fakültədə  yaratdığı nizam-intizam və tələbkarlığı sayəsində fakültə həmişə birinciler sırasında olub, təhsil və tədrisdə ilklərə imza atıb. O, çox şərəfli ömür yaşayıb. İlk dəfə məhz Yalçın müəllimin müavini olduğuma göre qürur duyuram. Idarəetmədə, tədrisdə , təhsil və təlimdə öyrəndiklərimə görə ona borcluyam. Yalçın müəllim mənə dərs deməsəs də, onun həyat tərzi böyük bir məktəbdir.  Nə yaxşi ki, varsınız Yalçın müəllim! Ad gününüz mübarək!

Baş müəllim Əli Hacıyev: On ildən artıq Jurnalistika fakültəsinin dekanı, 30 il Televiziya və Radio Curnalitstikası kafedrasının müdiri olmuş professor Yalçın Əlizadənin 78 yaşı tamam oldu. Yalçın müəllimi yaxından tanıyanlar onun necə mərd insan, gözəl pedaqoq, bacarıqlı təşkilatçı olduğunu yaxşı bilirlər. Yalçın müəllim, bu gün sizin ad gününüzdür. Sizə həyatda ənböyük nemət olan can sağlığı arzu edirik.

Dosent Aynur Nəsirova: Yalçın müəllim hər birimiz üçün bir məktəbdir. Şəxsən mənim universitetdə çalışmağımın bəlkə də yeganə səbəbkarı odur. Bakalavr, magistr, dissertanturada elmi rəhbərim kimi daima o, məni dəstəkləyib. Fakültəyə praktiklərin gəlməsi istiqamətində əlindən gələni edib. Allah ona can sağlığı versin!

Dosent Xatirə Hüseynova:  Hələ üçüncü kursu bitirəndə Yalçın müəllim mənə  «sən qalıb fakültədə çalışmalısan, Tofiq müəllim də belə tövsiyə edir», - demişdi. O zaman müəllimimin söylədiyi bu fikir mənə çox əlçatmaz görünmüşdü. Ancaq Yalçın müəllim dedi və dediyin də etdi. Gənclərin inkişafı üçün əlinldən gələni etmək onun ürəyindən gələn bir istək idi.

Dosent Natəvan  Dəmirçioğlu: Şərhlərin hər birini oxudum. Yalçın müəllim doğrudan da bu sevgini özü qazanıb. Onun taleyimizdə olan haqqını itirə bilmərik. Var olsun, sağlam olsun. Tanrı imkan versin ki, o, yaxşılıqlarını bundan sonra da davam etdirə bilsin.

Jurnalist Billurə Aslanqızı: Mən də təbriklərə qoşuluram. Yalçın müəllim bakalavrda da, aspiranturada da elmi rəhbərim olub. O, həm mənim ilk dəfə gənc əməkdaş kimi televiziyaya getməyimə kömək edib. Həmişə tələbkar, obyektiv, hər kəsə dəstək olmağa hazır olan bir insandır. İndicə danışdım özü ilə Allah can sağlığı versin!

Jurnalist Ayşə İsazadə:   Birinci  kursda oxuyurdum. Yalçın müəllim auditoriyaya girib Ayşə İsazadə kimdir? – soruşdu. Ayağa qalxıb, mənəm dedim. Əlindəki 525-ci qəzeti göstərib «Hala olsun, qızım, afərin, hər zaman qələmin iti olsun» -deyib, xeyir-dua verdi. Səhv etmirəmsə həmin gün ilk yazım çap olunmuşdu. Birinci kurs tələbəsi olaraq fakültə dekanının auditoriyada ünvanıma söylədiyi bu xoş sözlər məni yerdən-göyə qaldırdı. Yalçın müəllimin tələbənin  fəaliyyətinə göstərdiyi bu diqqət çox dəyərli idi. Yaxşı ki, o mənim müəllimim olub. Allah müəllimimizə uzun sağlıqlı ömür versin.

"Bakı Universiteti" qəzetinin baş redaktoru Anzulə Əmirova: Mən də bu təbriklərə qoşuluram.  Həqiqətən Yalçın müəllim yazılan gözəl xüsusiyyətlərə malik müəllimlərimizdən biri olub. Nə qədər ciddi, tələbkar olsa da, zamanı gələndə tələbəsini haqqlı müdafiədən də çəkinməyib. O, mənim də həyatımda xüsusi dəstəyi olan dəyərli ziyalılardan biridir. … Allah can sağlığı versin!

Solmaz Babaşova

 

Digər yazılar

Kimyaçı alimin 80 illik yubileyi keçirilib

Elmindən pay verən alim

"Milli-mənəvi dəyərlərimizi mükəmməl mənimsəsinlər "-MÜSAHİBƏ

Yubilyarlarla səmimi söhbət

Hərə bir taleylə gəlir dünyaya - İzzət Rüstəmov - 80

Sözünün sehrində bir dünya yaratdığımız sənətkar

Qəlblərdə yaşayan alim

Kafedramızın sevimlisi - Rəhilə Quliyeva - 70

Dosent İsmayıl Məmmədovun 75 illik yubileyi

Akademik Əşrəf Hüseynov – 110

Aydın müəllim, 50 yaşın mübarək!

Görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd edilib

Akademikin 75 illik yubileyi qeyd edilib