443 06-09-2018

Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlardan 1982-si Bakı Dövlət Universitetini seçib

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin (BDU) payına düşür.

Bu ali məktəbə bakalavriat və magistratura səviyyələrində qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil olmaqla) 6.220 nəfər olub.

BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5 min 444 nəfər qəbul edilib. Bu rəqəm ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur. Bu il qəbul imtahanında 600 və daha yüksək bal toplayan tələbələrin sayı da artıb. Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1982 nəfər BDU-nu seçib. Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan üç nəfərin də seçimi bu ali məktəb olub.

Bu il BDU-nun Qazax filialına qəbul olunanların da sayı artaraq 561-ə çatıb. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Universitetin Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərdir.

Bu tədris ilində BDU-nun “SABAH” qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə yüksəlib. Onlardan 264-ü BDU-nun tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə “SABAH” qrupları tələbələrinin sayı ötən ilə müqayisədə 106 nəfər artaraq 701 nəfər olub.

Magistratura səviyyəsinə qəbul olan tələbələrin sayı 776 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 132 nəfər çoxdur.

Qeyd edək ki, bu il BDU-nun magistratura səviyyəsində humanitar və sosial ixtisaslar qrupu bölməsində inzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, tibbi hüquq, əqli mülkiyyət hüququ, əmək hüququ: sosial təminat hüququ, idman hüququ və turizm hüququ ixtisasları, təbiət ixtisasları qrupu bölməsində kosmologiya, səhiyyə, rifah və xidmət ixtisasları qrupu bölməsində gənclərlə iş adlı yeni ixtisaslaşmalar açılıb.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Burada təhsil alan tələbələrin sayı 23 minə yaxındır.

Universitetdə tələbələrin təlim-tərbiyəsi ilə üç mindən çox əməkdaş, o cümlədən 1500 müəllim məşğul olur. Onlardan 300-ə qədəri elmlər doktoru, professor, təxminən min nəfəri fəlsəfə doktoru, dosentdir.

Digər yazılar

BDU-nun müəllimi təlimdə çıxış edib

BDU “DOST Xonçası”na 100 xonça ilə qoşulub

Bakı Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Əməkdaşımız Polşanın Jeşuv Universitetində səfərdə olub

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

BDU-nun Filologiya fakültəsində “Elmi tədqiqat işləri uğurlu karyeranın təməlidir”  mövzusunda elmi seminar keçirilib

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

BDU-da “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Mirzə Cəlil dərslərinə başladı

 BDU-nun “Gənc istedadlar” liseyində konfrans keçirilib

«Gənc istedadlar» liseyində professor Anar İsgəndərovla görüş keçirilib

BDU-nun Tarix fakültəsində silsilə tədbirlərə start verilib

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

BDU-da “Prezident İlham Əliyevin siyasəti: güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

Firudin Qurbanov Dubayda müsabiqədə iştirak edəcək BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb

Filologiya fakültəsi “Nəsimi ili”nə necə hazırlaşır?

Tələbə-ekoloqlar Azgüntex Günəş Modulları Zavodunda olublar

BDU-da Xocalı soyqırımı qurbanları anılıb

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırıldı