21 12-09-2018

BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb. Universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor Abel Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor Abel Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.
Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və bu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. 
Universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində aparılan müzakirələrdən sonra anlaşma memorandumu imzalanıb. Memorandumda birgə əməkdaşlıq, müəllim və tələbələrin təcrübə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, 5 institutu, 4 məktəbi, 1 konservatoriyası, 43 tədqiqat mərkəzi var.

Digər yazılar

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib

BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş

BDU və UNİDA Gontor Anlaşma Memorandumu imzalayıb

Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi olub

Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlardan 1982-si Bakı Dövlət Universitetini seçib

Vasif Babazadə “Şərəf” ordeni ilə təltif edilib

BDU-da Məzun günü keçirilib

BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib

BDU-nun dosenti Milli Qurtuluş Günü ilə bağlı mühazirə deyib

"Gənc istedadlar" liseyində "Son zəng"

BDU-da “Açıq qapı” günü keçirilib

Bakı Dövlət Universitetində 15 iyun – Milli Qurtuluş Günü qeyd edilib

Təhsil naziri rektor Abel Məhərrəmovu təşəkkürnamə ilə təltif edib

XİN-in Mətbuat katibi BDU tələbələri ilə görüşüb

BDU-da “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

BDU tələbələri Qubada çöl-tədris təcrübəsinə başlayıb

BDU-da görkəmli filosof Heydər Hüseynovun 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində VII Respublika elmi konfransı keçirilib

BDU rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasında çıxış edib