45 09-10-2018

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Bu yay maraqlı xatirlərlə yaddaşıma həkk olundu. Məzuniyyətimin bir hissəsini universitet əməkdaşları ilə birlikdə BDU-nun Qubanın ikinci Nügədi kəndində yerləşən Tədris-təcrübə və istirahət mərkəzində  keçirdim. Oradan xoş təəssüratlarla ayrıldım. Belə ki, təbiətin ən gözəl guşələrindən birində yerləşən Tədris-təcrübə və istirahət mərkəzində tələbələrin təcrübə keçmələri ilə yanaşı,  istirahət üçün münbit şərait yaradılıb. Mərkəzdə laboratoriyalar, tədris auditoriyaları,  idman zalı, işıqlı və səliqəli otaqlar var. Mərkəzin yeməkxanası gün ərzində 3 dəfə keyfiyyətlı qida və yüksək xidmətlə qonaqları təmin edir, axşamlar ərazidə musiqili əyləncələr təşkil edilir.  İstirahət etdiyimiz müddətdə mərkəzin konfrans zalında mütəmadi olaraq görüşlər təşkil olunurdu. Bizimlə bərabər Gürcüstandan gələn qonaqlar da istirahətdən zövq alırdılar. Mərkəzin əməkdaşları – Elşad Həsənov, Səmayə Həsənova, Zərifə Hüseynova, Heyvə Bayramova, Mirvari Qarayeva, Vüsal Hüseynov, Sahib Musayev və digərlərinin gülərüzlü və məsuliyyətli xidmətləri bizim istirahətimizi daha da yaddaqalan etdi. Həyətdəki müxtəlif çeşidli meyvə ağacları, geniş idman meydançaları istirahət edənlərin zövqünü oxşayır, fiziki və zehni cəhətdən rahatlıq verirdi. Istirahətini səmərəli keçirmək istəyən hər bir kəsə BDU-nun Tədris-təcrübə və istirahət mərkəzinə baş çəkməyi  məsləhət görürəm.  P.S. Bu il Filologiya fakültəsində əsaslı təmir işləri həyata keçirilib, auditoriyalar yenilənib. Bu bizim hər birimizi sevindirərək yeni tədris ilinə yüksək əhval-ruhiyyə  ilə başlamağımıza səbəb oldu. Bütün bunlara görə, kollektivimiz adından rektor, akademik Abel Məhərrəmov başda olmaqla universitet rəhbərliyinə təşəkkür edirəm.

Digər yazılar

Humanist insan, gözəl alim, xeyirxah dekan

30 ildən sonra BDU-da görüş

ÖRNƏK ÖMÜR 

BDU-nun Tədris-təcrübə və istirahət mərkəzində

Murtuz Ələsgərov - 90

Həyatını elmə həsr etmiş şəxsiyyət

Azərbaycan elmini layiqincə təmsil edən alim

Novruz xatirələri

Atam haqqında elegiya

ÖMRÜNÜ ELMƏ HƏSR EDƏN ALİM

Azərbaycanın tolerantlıq nümunəsi

"Xocalı faciəsi xalqımıza qarşı həyata keçirilən soyqırımın faciəli həlqələrindən biri idi..."

Təhsildə vətənpərvərliyin gücləndirilməsi

"Axı, yaddaş da bir sərvətdir!"

Örnək həyat yaşayan müəllim

Tələbə adının məsuliyyəti…

“Elnur Məmmədli, biz səninləyik!”

Bu gün zabitimiz, sabahsa torpaqlarımız...

Ailə faciəsi

Bayramımız mübarək?