320 12-10-2018

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Abuzər oğlu Şiriyevlə ad günü münasibətilə aldığımız müsahibəni təqdim edirik:

Ad gününüzü necə qeyd etdiniz?

Ailəmlə olduğuna görə maraqlı.

61 yaş Sizə nə deyir?

Deyir ki, sahilə az qalır, özünüzü toparlayın.

Bu yaşa qədər gəlib çatmaq bir insan üçün nə deməkdir?

Allahın verdiyi missiyanı icra etmək!

Həyata yenidən gəlsəydiniz hansı sənəti seçərdiniz?

Həmkarların sədri.

Filoloq olmaq arzunuz necə yaranmışdı?

Uşaqlıqdan olan arzuların çiçəklənməsi kimi...

Bu yaşa qədər həyatınızda baş verən hansı qərara görə təəssüflənirsiniz və niyə?

Dünyaya gəlmək haqqında qərara, 40 il sonra gəlsəydim, daha yaxşı olardı, təəssüf ki, çətin illərdə yaşadıq...

Həyatınızda ən böyük uğurunuz...

Ailəm, övladlarım.

Ən çox qorxduğunuz insan tipi?

Namərd, ipiqırıq, etibarsız...

Sizin üçün nəyi bağışlamaq çətindir?

Xəyanəti.

Fikrət Şiriyev istədiyi həyatı yaşayıbmı?

Bəli!!!

Gənclərə, o cümlədən tələbələrə tövsiyyəniz nədir?

Virtual dünyadan real həyata ekskursiya, özü də uzunmüddətli...

 

“Bakı Universiteti” qəzeti olaraq Fikrət müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq.

 

 

 

 

Digər yazılar

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."