311 18-10-2018

Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının (TMŞ) 2017/2018-ci tədris ilinə aid hesabatı ilə bağlı iclas keçirilib. Əvvəlcə dekan, professor Nazim Şamilov iclasda iştirak etdikləri üçün Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, BDU-nun Tədris-Metodiki Şurasının sədri, akademik Vasif Babazadə, sədr müavini dosent Vaqif Qasımov və fakültənin professor-müəllim heyətinə təşəkkür edib.

Sonra fakültə TMŞ-nin sədri, dosent Abuəli Hüseynli illik hesabatı təqdim edib. Hesabatda fakültənin kafedraları, Azərbaycan, ingilis və rus dillərində təhsil alan tələbələrin sayı, tədris olunan fənlər, keçirilən açıq dərslər, kadr hazırlığı, proqram, dərslik və dərs vəsaitləri barədə məlumatlar verilib.

 

TMŞ sədri hesabatla bağlı sualları cavablandırdıqdan sonra dekan, professor Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova çıxış ediblər. Onlar fakültə TMŞ-nin BDU Tədris Metodiki Şurası ilə birgə səmərəli fəaliyyətindən danışıb, tədrisin daha da təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübələrinin keçirilməsi kimi məsələlərlə bağlı fikrilərini bildirib, təkliflər irəli sürüblər.

Daha sonra prorektor İradə Əliyeva hesabata münasibət bildirib, 100 illik yubiley ərəfəsində olan BDU-da rektor, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə həyata keçirilən layihələrdən, elm və təhsil sahəsində əldə olunan nailiyyətlərdən, həmçinin fakültə üzrə indeksli jurnallarda elmi məqalələrin sayının artırılmasının, proqramların çap olunması prosesinin sürətləndirilməsinin vacibliyindən bəhs edib.

 

Sonda çıxış edən akademik Vasif Babazadə fakültənin Tədris Metodiki Şurasının hesabatını qənaətbəxş hesab edib, səslənən təkliflərə münasibətini bildirib. O, universitetin böyük əzmlə yubileyə hazırlaşdığını, Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin də bu istiqamətdə məhsuldar fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.

Digər yazılar

Fərid Şəfiyev “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub

BDU-nun Filologiya fakültəsində “Təhkiyə, müəllif, oxucu” mövzusunda ustad dərsi keçirilib

BDU və SOCAR Capital birgə konfrans keçirib

BDU-nun Filologiya fakültəsində Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

“Springer Nature" BDU alimləri üçün seminar keçirib

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində BDU-da seminar keçirilib

BDU-nun Hüquq fakültəsində professorun 80 illik yubileyi qeyd olunub

BDU-nun dosenti Türkiyədə beynəlxalq konfransda çıxış edib

BDU-nun Mexanika–riyaziyyat  fakültəsində “Pi“  günü qeyd olunub

BDU-da əmək yarmarkası keçirilib

BDU-nun Fizika fakültəsinin  gənc alimləri İtaliyada ezamiyyətdədirlər

BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirilib

BDU-da nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində beynəlxalq seminar öz işinə başlayıb

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq

Futzal üzrə respublika birinciliyinin ilkin oyununda BDU komandası qalib oldu

BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar

Akademik Nərgiz Paşayeva: “İdrakın ilhamı mənəvi impulslardan güc alır”

Bakı Dövlət Universitetində “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib