189 19-10-2018

Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Ləzifə Qasımova və  fakültənin professor-müəllim heyəti  iştirak ediblər.  Elmi Şuranın sədri, dekan professor Məhəmmədəli Ramazanov iclas iştirakçılarını salamlayıb və  gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

 

Sonra professor  Əhməd Abdinov fakültə Tədris-Metodiki Şurasının hesabatını təqdim edib. Məruzəçi TMŞ-nin tərkibi, əsas hüquq və vəzifələri barədə məlumat verdikdən sonra onun gördüyü işlər barədə danışıb.

Məruzə ətrafında dos.M.Rəcəbov, prof. N.Qocayev və prof.Ə.Hüseynov çıxış edərək TMŞ-nin illik fəaliyyətinə müsbət münasibətlərini bildiriblər.

                              

Akademik Vasif  Babazadə və professor Məhəmmədəli Ramazanov hesabatı yüksək qiymətləndiriblər. Sonda Elmi Şura üzvlərinin səsverməsi ilə Fizika fakültəsi TMŞ-nin 2017/2018-ci tədris ili üçün hesabatı qəbul edilib. Daha sonra professor M.Ramazanov AMEA-nın illik hesabatına daxil edilmək üçün elmi nəticələrin siyahısını təqdim edib və siyahı səsvermə ilə qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Digər yazılar

Fərid Şəfiyev “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub

BDU-nun Filologiya fakültəsində “Təhkiyə, müəllif, oxucu” mövzusunda ustad dərsi keçirilib

BDU və SOCAR Capital birgə konfrans keçirib

BDU-nun Filologiya fakültəsində Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

“Springer Nature" BDU alimləri üçün seminar keçirib

BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində BDU-da seminar keçirilib

BDU-nun Hüquq fakültəsində professorun 80 illik yubileyi qeyd olunub

BDU-nun dosenti Türkiyədə beynəlxalq konfransda çıxış edib

BDU-nun Mexanika–riyaziyyat  fakültəsində “Pi“  günü qeyd olunub

BDU-da əmək yarmarkası keçirilib

BDU-nun Fizika fakültəsinin  gənc alimləri İtaliyada ezamiyyətdədirlər

BDU-nun 100 illiyinə həsr olunmuş astrofestival keçirilib

BDU-da nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində beynəlxalq seminar öz işinə başlayıb

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub

BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq

Futzal üzrə respublika birinciliyinin ilkin oyununda BDU komandası qalib oldu

BDU-nun tələbələri IX Azərbaycan Koreya dili nitq müsabiqəsinin qalibi olublar

Akademik Nərgiz Paşayeva: “İdrakın ilhamı mənəvi impulslardan güc alır”

Bakı Dövlət Universitetində “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib