133 30-01-2018

Bakı Dövlət Universitetində“Azərbaycan hüquq jurnalı” təsis edilib

Bakı Dövlət Universiteti “Azərbaycan hüquq jurnalı” adlı elmi jurnal təsis edib. Jurnal Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin baş redaktorluğu ilə ildə 4 dəfə nəşr ediləcək. Baş redaktor müavini hüquq üzrə fəlsəfə doktoru Pərvanə Bayramova, redaksiya heyətinin sədri Hüquq fakültəsi Hüquq Klinikasının rəhbəri, dosent Turqay  Hüseynov, məsul katib isə Hüquq fakültəsinin dekan müavini, dosent Aytəkin İbrahimovadır. Jurnalın redaksiya heyəti Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Rusiya, Qazaxıstan, Gürcüstan və Ukraynadan olan elm adamlarından formalaşdırılıb.

Onu da bildirək ki, hüquqşünas kadrların yetişdirilməsində müstəsna xidmətləri olan Hüquq fakültəsi son illər vaxtaşırı dəyirmi masalar və respublika konfransları ilə yanaşı, çoxsaylı beynəlxalq tədbirlər keçirib, maraqlı araşdırma və tədqiqat işləri hazırlayıb, fakültə əməkdaşları beynəlxalq simpoziumlarda Bakı Dövlət Universitetini layiqincə təmsil ediblər.

Digər yazılar

BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni sayı çapdan çıxıb

“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi işıq üzü görüb

Professor Yeganə İsmayılovanın “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarına həsr olunmuş kitabları işıq üzü görüb

“Ekoloji kimya” kitabı çapdan çıxıb

Azərbaycanca-farsca yeni kitab