17 25-10-2018

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

İnsan həyatı boyu uğur qazanmağa, məqsədinə çatıb xoşbəxt olmağa can atır. Odur ki, həyatı mübarizələrlə dolu olur. Onun yolunda ilk böyük maneə daxilindəki həyəcan və tərəddüddür. Nə istədiyini qətiləşdirən, tərəddüdlərə son qoyub həyəcanını dəf edən, məqsədinə doğru inamla addımlayan insan həyatda zəfər qazanır. İngilis yazıçısı və ictimai-siyasi xadimi Bencamin Dizraeli deyib: “Uğurun sirri məqsədə sadiq qalmaqdır”.

“Bakı Universiteti” məqsədinə sadiq qalıb 2018-2019-cu tədris ilində böyük uğur qazanan, yüksək bal toplayaraq universitetimizə qəbul olan tələbələrlə müsahibəyə start verir. Suallarımızı ilk olaraq Hüquq fakültəsinin I kurs tələbəsi Leyli Əhmədova cavablandırıb.

- Qəbul imtahanında uğur qazanmaq üçün əsas şərtlər hansılardır?

Dərslərə müntəzəm hazırlaşmaq, qəbul imtahanında sərbəst olmaq.

- İmtahan ərəfəsində gündəlik rejiminiz necə idi?

Eyni qaydada, müntəzəm şəkildə hazırlaşmağa davam edirdim.

-İmtahan necə keçmişdi? Həyəcan var idimi? İmtahandan sonra ilk təəssüratınız necə idi?

İmtahan rahat keçdi və çox sərbəst idim.  İmtahandan yüksək nəticə əldə etdiyimə əmin idim və çox sevincli idim... İmtahana adi bir sınaq kimi getmək lazımdır.

- Bəs sınaq imtahanlarında nəticələriniz necə idi? Qəbul imtahanında yüksək bal toplayacağınıza inanırdınız?

Sınaq imtahanlarında nəticəm 680-695 bal arası idi. Sınaq nəticələrimə görə yüksək bal toplayacağıma inanırdım.

- Bu ixtisasınız öz seçiminzdir, yoxsa müəllim və valideynlərinizin təsiri olub?

İxtisas seçimini özüm etmişəm.

- Niyə məhz BDU-nu və bu ixtisası seçdiniz? Bu seçimi etdikdə hansı məqsədləri qarşınıza qoymusunuz?

Anam BDU-nun məzunu olub, təbii ki, universitet seçimimdə anamın böyük təsiri olub. Eyni zamanda tarixi çox sevən biri olaraq Azərbaycanın ilk universitetində təhsil almaq mənim üçün fəxrdir. Məqsədim isə BDU-dan və buranın professor-müəllim heyətindən maksimum dərəcədə faydalanmaq, yeni biliklər toplamaqdır.

- Qarşınıza qoyduğunuz məqsədləri hansı aforizmlə ifadə edərdiniz?

Həyatda heç nə qeyri-mümkün deyil...

 

İlahə Dadaşova,

                                                          Filologiya fakültəsinin dissertantı 

 

Digər yazılar

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."

"Ölkə rəhbərliyi ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var"

Yepiskop Vladimir Fekete: "Qonaqpərvər və mehriban xalqınız var"

"Bakı Dövlət Universitetindəki yaradıcı mühit məni heyrətləndirdi"

"Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik"- İndoneziyalı səfir

“Nazir olmaq haqqında fikirləşmirəm”

BDU-nun Rus Mərkəzinin növbəti uğuru

"İctimaiyyətlə əlaqələr işində üç qızıl qayda var" - Bakıya gəlmiş əcnəbi PR mütəxəssislərindən MƏSLƏHƏT    

Şərqşünas alim Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram” - MÜSAHİBƏ  

Professor Şəhla Səmədova: "Mən bu günə kimi də həmin ədalətsizliyi unuda bilmirəm"

Professor Əbülfəz Rəcəbli: "Orfoqrafiyanın tez-tez dəyişdirilməsinin əleyhinəyəm"

Yazılı mətbuatın internet mediası ilə rəqabət aparması - Baş redaktorlar belə düşünür - RƏYLƏR

“Çətinliklərdən qorxmamalıyıq, onları əvvəldən gözə almalıyıq...” - Müsahibə

"Dilimizə sahib çıxmaq bizim borcumuzdur" - Professorlarla söhbət