3207 30-10-2018

“Hər gün özünüzü hazırlamalısınız” - SƏFİR DANIŞIR

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Macarıstan olub. Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi 12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edib.


“Bakı Universiteti” qəzeti səfir Viktor Sederkenyi ilə müsahibəni təqdim edir:


Cənab səfir, gəlin tələbəlik illərinizdən başlayaq. Həmin illərlə bağlı hansı xatirələriniz var? 
1987-ci ildə  Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinə daxil olmuşam. O zaman Şərqi Avropa ölkələrindən olan diplomatların çoxu Moskvada təhsil alırdı. Həmin vaxt Avropa siyasəti üçün çox maraqlı bir dövr idi. SSRİ dağıldıqdan sonra dünya quruluşu da dəyişdi. Moskvada böyük dəyişikliklərin şahidi oldum. Təbii ki, Macarıstanda da dəyişikliklər baş verdi. Bu, demokratik dəyişikliklər dövrü idi. Macarıstanda ilk demokratik seçkilər keçirildi. Mən də bu tarixi hadisələrin bir hissəsi olduğum üçün özümü şanslı hesab edirəm. Mən orada xarici dilləri və beynəlxalq münasibətləri öyrəndim. Həm öyrəndim, həm də dünyandakı dəyişiklikləri müşahidə etdim.

 

Əsl diplomat necə olmalıdır?
Əgər siz diplomatsınızsa, hər zaman dünyadakı hadisələrdən xəbərdar olmalı, işlədiyiniz ölkə haqqında öyrənməli, ölkənizin mövqeyini təqdim etməli, həmkarlarınızla ortaq  dil tapmağı bacarmalısınız. Diplomatiya çətin işdir. Hər gün özünüzü hazırlamalısınız. Yalnız öz ölkəniz haqqında deyil, işlədiyiniz ölkə haqqında da tam məlumatlı  olmalısınız.

Azərbaycan haqqında nə deyə bilərsiniz? Buraya gəlməzdən əvvəl ölkəmizi necə təsəvvür edirdiniz?
Azərbaycanla bağlı bəzi məlumatlarım var idi. Çünki Şərqi Avropa ölkələri üzrə şöbənin direktoru idim. Amma bütün məlumatları internetdən və ya müxtəlif sənədlərdən əldə etmişdim. Azərbaycana gələndə xalqınızla tanış oldum və məndə çox müsbət təəssüratlar yarandı. Mən ölkənizdə böyük inkişafın şahidi oldum - Formula 1, Avroviziya, Avropa oyunları kimi müxtəlif beynəlxalq yarışların keçirildiyini gördüm. Azərbaycan xalqı qonaqpərvərdir, zəngin  mədəniyyətə və tarixə malikdir. Tarixi binaları, muzeyləri, məscidləri, Şəki, Naxçıvan kimi qədim şəhərləri var.


Macarıstan və Azərbaycan xalqları arasında mədəni oxşarlıqlar varmı?
Bənzər şeylər var. Biz də ölkəmizi sizin adlandırdığınız kimi adlandırırıq - Magyarorszag, yəni macar ölkəsi. Xalqlarımız mədəniyyətdə də bənzər şeylərə sahibdirlər. Məlum olduğu kimi, Macar xalqının türk kökləri oxşar sözləri var. Məsələn, qapı və alma kimi.

 

Ölkələr arasındakı münasibətlər barədə nə deyərdiniz?
Azərbaycan prezidentinin  dörd il əvvəlki Macarıstana səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanmışdı. Bu, mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycanla iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əməkdaşlığımız var. 


Macarıstan səfirliyi tərəfindən hansı tədbirlər həyata keçirilir?
Biz Avropa Film Festivalında və Bakı Beynəlxalq Caz Festivalında, mədəni tədbirlərdə iştirak edirik. Konsertlər təşkil edirik. Bunları Facebook səhifəmizdə paylaşırıq. Tələbələr üçün maraqlı proqramlarımız var. Macarıstanda 1000-dən çox azərbaycanlı tələbə təhsil alır. Onları Macarıstanın görməli yerləri ilə tanış edirik.

Bilirik ki, səfirlərin iş qrafikləri gərgin olur. Maraqlıdır, boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
Mən oxumağı, krossvord həll etməyi sevirəm. Yemək bişirmək də hobbilərim sırasındadır. Facebook səhifəmizi yoxlasanız, milli yeməyimiz olan qulyaşı necə hazırladığım barədə olan videonu tapa bilərsiniz.

Sonda gənclərə məsləhətləriniz…
Onlara dünyada baş verən hadisələrlə maraqlanmağı, özlərini inkişaf etdirməyi, aktiv olmağı, xarici dillər öyrənməyi, başqa ölkələrin mədəniyyəti və tarixi haqqında oxumağı məsləhət görürəm. Çünki bu, onların dünyagörüşünü artıracaqdır.

Hacıbaba Mustafayev
Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi

 

Digər yazılar

Latviyalı səfir: “ Əgər işinizi bilirsinizsə, heç bir çətinlik yaşamayacaqsınız”

“Bu yaş alim üçün bir hesabatdır” - Ömrünün yarıdan çoxunu geologiya elminə həsr edən alim 

Əhməd Elaydi: “BDU ilə heç vaxt əlaqələrim kəsilməyib…”

Şirvanşahlar Sarayı Kompleksində orta əsr işgəncə alətlərinin sərgisi açılıb 

Jurnalistika fakültəsində studiya Qərb universitetlərinin studiyalarından daha yaxşıdır – Səlcuq Universitetinin dekanı

“Alimin hərtərəfli elmi tədqiqat apara bilməsi üçün xarici dil bilməsi vacibdir”

Sosial şəbəkələrdə tənzimləməyə ehtiyac var – mütəxəssislər həyəcan təbili çalır

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

“BDU-da aldığım təhsil planlarımda mayak rolunu oynayıb”

“Tələbələr özlərini neqativə yox, pozitivə kökləməlidirlər”

“Tələbə qiymət xatirinə yalvaranda böyük təəssüf hissi keçirirəm”

Rəşad Məcid: “Gənclərə yardım etməkdən zövq alıram”

“Valideynin bir kəlməsi uşağı intihara yönəldə bilir” – PSİXOLOQLA MÜSAHİBƏ

"İmtahana adi bir sınaq kimi getmək lazımdır"-Prezident təqaüdçüsü ilə müsahibə

Həyatda ən böyük uğurum ailəm, övladlarımdır

“İnsan mübariz olmalı, daim özünü təkmilləşdirməlidir»-səfirlə MÜSAHIBƏ

“Bəzən səmimiyyətim müqabilində təəssüfləndiyim hallarla da qarşılaşmışam”

“BDU-nu təmsil edən tələbələr Azərbaycanı beynəlxalq layihələrdə uğurla təmsil edirlər”

"Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün müraciət edənlərin sayı artıb"

"Tarix həmişə birinciləri yadda saxlayır..."