458 30-10-2018

BDU-da BMT və Hüquq fakültəsinin seminarı keçirilib

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Baş İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər İdarəsi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilib. 
Tədbirdə BMT-nin nüfuzlu ekspertləri, Finlandiya, Belarus Respublikası, Ukrayna, Türkiyə, Rusiya Federasiyası, Estoniya, Gürcüstan, Latviya, Qırğızıstan, Moldova, Tacikistan, Qazaxıstan, Özbəkistandan gələn 25 xarici ekspert iştirak edib. Seminarın məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan mütəxəssis və müəllimlərin peşəkar və yüksək səviyyəli antikorrupsiya tədrisini keçirmək imkanlarını gücləndirmək, həmçinin iştirakçılar arasında fikir və təcrübə mübadiləsini təşkil etmək olub. 
 

Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev tədbirin əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan danışıb. Qeyd edib ki, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı həyata keçirilən mühüm addımların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmaqla prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər daxili qanunvericilik sahəsində, istərsə də beynəlxalq müqavilələrin iştirakçısı olmaq nöqteyi-nəzərdən Azərbaycan Respublikası tərəfindən kifayət qədər mühüm tədbirlər həyata keçirilib. Korrupsiyaya qarşı qanunvericilik üzrə mühüm istiqamətlər ali məktəblərdə ayrı-ayrı fənlər üzrə proqramlara daxil edilib, bu sahədə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına başlanılıb. Belə ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bu sahədə dünya təcrübəsinə uyğun olaraq “Transmilli cinayət hüququ” magistratura ixtisaslaşması yaradılmaqla ixtisaslaşmış kadrların hazırlanması müvəffəqiyyətlə həyata keçirilir. 

 

Azərbaycan Respublikası Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Elnur Musayev çıxışında korrupsiya cinayətləri və onlara yol açan hallara qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Prokurorluq orqanlarının səmərəli fəaliyyətindən, dünya dövlətləri praktikasının ciddi şəkildə öyrənilməklə Azərbaycan Respublikasında həyata keçirilən mühüm tədbirlərin əhəmiyyətindən bəhs edib. Statistik rəqəmlərlə gələcək fəaliyyət istiqamətləri, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti ön plana çəkilib. Elnur Musayev Azərbaycanın beynəlxalq təşkilatlarla bu sahədəki müsbət əməkdaşlığının digər dövlətlər üçün də praktik hal ola biləcəyini əsaslandırıb.  
BMT-nin Cinayətkarlığa qarşı və Cinayət Ədalət İdarəsinin əməkdaşı Siqall Horovitz və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Avropa Elmləri İnstitutunun direktoru, professor Tamara Şaşikina tədbirin mühüm əhəmiyyət kəsb etməsini qeyd edərək, onun həyata keçirilməsinə verdiyi dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə, o cümlədən Hüquq fakültəsinin professor-müəllim heyətinə dərin təşəkkürlərini bildiriblər.   
İclasda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin professor-müəllim heyəti, tələbələr, müstəqil ekspertlərin aktiv iştirak ediblər. Seminar məruzələr və tədris bölmələrində öz işini davam etdirib. Bölmələrdə xarici ekspertlerin 15-dək aktual mövzuda məruzələri dinlənilib, dünya dövlətlərinin praktikası, BMT və  ayrı-ayrı dövlətlərin qanunvericilik təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 
 

 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub