1135 31-10-2018

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I Bakı beynəlxalq elmi konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, elmi ictimaiyyətin nümayəndələri, o cümlədən Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dək alim iştirak edib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilk dəfə keçirilən bu konfransın əhəmiyyətindən danışıb, Elm Tarixi İnstitutunun məqsədyönlü fəaliyyətindən, beynəlxalq əlaqələrindən, nəşrlərindən, burada reallaşdırılan tədqiqat işlərindən və layihələrdən söz açıb. İnstitutun yeni yarandığını diqqətə çatdıran akademik burada elm tarixinin sistemli şəkildə öyrənildiyini bildirib.


AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova yeni fəaliyyətə başlamış institutun qısa müddətdə bir sıra elmi mərkəzlərlə əlaqə yaratdığını və uğurlu əməkdaşlıq etdiyini söyləyib. Konfransa xarici ölkələrdən qatılan alimlərin çoxluq təşkil etdiyini deyən akademik onların bu instituta böyük maraq göstərdiklərini bildirib. Azərbaycan elmi üçün elm tarixinin yeni istiqamət olduğunu diqqətə çatdıran akad. N.Axundova deyib ki, bu sahə dünyada müxtəlif elmlərin əsaslarını, metodologiyasını öyrənir.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru Dmitri Şerbinin, REA-nın müxbir üzvü Yuri Baturin, Helmholtz Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri, professor Məsud Əfəndiyev, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun direktoru Zanq Bayçunun müxtəlif mövzularda məruzələr səsləndiriblər.
Oktyabrın 29-dan başlamış və işini bölmə iclasları ilə davam etdirmiş beynəlxalq elmi konfrans bu gün işini başa çatdırıb.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Salamov konfransında iştirak edib. O, “Beynəlxalq jurnalistikanın tarixi, elmi istiqamətləri və tədrisi: dünya mətbuatından sosial mediaya” adlı məruzə ilə çıxış edib.

Digər yazılar

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

Tərcümə sənətdir, yoxsa istedad?

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”