270 31-10-2018

Tərcümə sənətdir, yoxsa istedad?


Bir çox insanlar maraqlanırlar ki, tərcüməçilər doğrudan da bacarıqlıdırlar, yoxsa pul qazanmaq üçün bu işlə məşğuldurlar? Indi tərcümə işləri Wordfast, TRADOS və SDLX kimi komputer proqramları vasitəsi ilə görülür. Bununla belə insanlar tərcümənin dillərin mexaniki yerdəyişməsi olduğunu söyləyirlər. Doğrudanmı bu belədir? İstedadlı tərcüməçi dedikdə nə başa düşürük? Əlbəttə ki, istedadlı tərcüməçi sadəcə sözləri tərcümə edən şəxsdən fərqlənir, çünki o tərcümə olunan söz və ya sənədin məğzini və ruhunu anlamalıdır. Faktiki olaraq, istedadlı tərcüməçi səriştəli və tərcümə mövzusunda məlumatlı olmaqla yanaşı, həmçinin hədəf dildə məxəz mətnin məna və gözəlliyi ilə dil axıcılığı arasında tarazlıq yaratmağa çalışmalıdır. Odur ki, çoxlarının səhvən düşündüyü kimi əcnəbi dili bilən hər bir insan tərcüməçi ola bilməz.
Tərcümə işinə sənət kimi qiymət verənlər, peşə kimi yanaşanlar da var. Tərcüməçi  texniki işçi deyil, yaradıcı insandır. Mütərcimi bəzən  səhnə arxasında olan aktyora bənzədirlər. Aktyor kimi əsəri yenidən yaradır və tərcümə dilinin imkanları ilə onu canlandırır. Tərcüməçi işi müasir dövrdə sosial inkişafın, milli mədəniyyətlərin qarşılıqlı təsirinin, xalqların yaxınlaşmasının, inteqrasiyasının zənginləşməsində mühüm vasitələrdən biridir. Bədii tərcümə hər hansı dildə yazılan əsərin çevrilməsi deyil, həm də  bir milli mədəniyyətin digərinə transformasiyasıdır. Tərcümə prosesində eyni zamanda  təkcə iki dil deyil, iki tarix, iki mədəniyyət üz-üzə dayanır. Tərcüməçi ədalətli, yüksək biliyə, həmçinin geniş dünayagörüşü və analiz qabiliyyətinə malik olmalıdır.
Ən yaxşı bədii tərcümə nümunələrinin uzunömürlülüyü onun ikinci müəllifinin- mütərcimin ədəbi məharəti ilə bağlıdır. A.Səhət, A.Şaiq, S.Vurğun, M.Rəfili və başqa sənətkarlar mütərəqqi dünya xalqları ədəbiyyatının oxucularına çatdırılmasında misilsiz xidmət göstərməklə yanaşı tərcümə sənətinin milli ədəbiyyatımızın daha da formalaşıb inkişaf etməsi üçün elmi-nəzəri müddəalar irəli sürmüşlər. 
Tərcüməçilik, xüsusilə də şərq dillərinin tərcüməsi sahəsində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin illər ərzində yetişdirdiyi görkəmli şəxsiyyətlərin rolu əvəzolunmazdır. Burada xarici ölkənin dili ilə yanaşı, həmin ölkənin tarixi, mədəniyyəti və coğrafiyası tədris olunur. Bütün bunlar gələcəkdə bu sənətlə məşğul olan tələbələrin fəaliyyətinin daha da genişlənməsinə və uğurlu olmasına səbəb olur. 


İqbal Sadıqlı 
Şərqşünaslıq fakültəsinin I kurs magistrantı

Digər yazılar

BDU-da intellektual yarış keçirilib

Çox yorulmuşam artıq...

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."

BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

"Tarix həmişə birinciləri yadda saxlayır"

“Uğurun sirri işini sevərək görməkdədir”

“...Bu sevgimizin üstünə kölgə belə sala bilməzlər”

BDU magistrantı şagirdlərə “Beynəlxalq uşaq hüquqları” mövzusunda mühazirə oxuyub

Qanadsız mələklər

Gülümsəməyi unutmayın! 

Mənim həyat fəlsəfəm...

Tələbənin tələbədən müsahibəsi

Müasir həyat tərzi

"Məni tənqid edəndə tez ruhdan düşürəm"

Prezident təqaüdçüsü: “Heydər Əliyevə bənzəmək istəyirəm”

Nəsimi Paşayev: “Sərnişinlər qatarlara minmək üçün qapıları saxlayırlar...”

“ Soyuq əllər-isti ürəklər”