611 01-11-2018

Çox yorulmuşam artıq...

                     
                                       London şəhəri, P.Capozzi küçəsi, mənzil 45, Ella Beeneyə


          Çox yorulmuşam artıq, Ella. O bilmədiyim gülüşlər yordu ən çox. Bəzən doğru insana saxta təbəssüm etdim, bəzən də yanlış insana misilsiz gözəlliklər bəxş etdim. Hə, səhvlər etdim, bunu bilirəm. Üzümə vurma daha da. Artıq özümü tənbeh etməkdən yolumu tapa bilmirəm, düşünə bilirsən?! İşin ən qəribə yanı nədi bilirsən, əzizim?! Ən qəribə yanı, məni yoranın bütün bu illər ərzində apardığım savaşlar, mübarizələr deyil. Durğunluğumdan yorulmuşam, sükutumdan yorulmuşam, Ella! Bu qədər böyük şəhərdə, bu qədər xaos içində olan yalnızlığımdan kar, susqunluğumdan lal olmuşam sanki. Həmişəki Aqata deyiləm artıq... Bəlkə də düşünürsən ki, bu həmin Aqatadı?! Bəlkə sözlərimdən çox təəccüblənirsən. Hə, dostum, bircə sən qaldın danışa biləcəyim. Çünki sən məni məndən çox bilmisən. Ella, çox enişlərim oldu, lakin hər dəfəsində qalxmağı bacarmışdım. Amma, indi... İndi hər şey tamam başqadır. Bugünkü halımı necə ifadə edim bilmirəm. Sanki, qibləgahsız peyğəmbərlərin qarğışıyam. Məni bilirsən, necə olmuşam onu da bilirsən. Hə, çox qürurlu, təkəbbürlü və bunlardan dolayı haqsızlıqlarım da olurdu. Həmişə deyirdim ki, niyə də belə olmayım ..? Ədalətin ölümü sevən yazarda olduğu bir dünyada yaşayıram. Həyata, dünyaya öz eqomla yanaşırdım. Özümü məğlubedilməz sanırdım. Ən böyük səhvi də burda elədim bilirəm. Amma, Ella, mən də belə bir insan olmaq istəməzdim, inan, həm də heç... Bu həyatın əlimdən aldıqlarından dolayı, hər dəfə acı çəkdiyimdən dolayı daha da qəddarlaşırdım. Hə, bu qəddarlığım, kəskinliyim tez keçə bilməz. İndi isə elə bil çirkin bir vücudda sədaqətlə yuyunmağa çalışıram. Bütün çirkablarım bu təkəbbürümlə pak olmağa çalışır. Amma, Ella, indi yorğun körpənin dinmək bilməyən göz yaşlarıyam, kəfənsiz cəsəd simasız baş daşıyam. Elə dediyim kimi, qibləgahsız peyğəmbərlərin qarğışı, saxta müqəddəslər tanrısıyam sanki. Ella, artıq sənlə belə qarışılaşacaq gücüm yoxdu. İllər sonra gözlərim gözlərinə baxanda, orda həmişəki Aqatanı görməyəcək. İnan, bu səbəbdən indi güzgü ən böyük düşmənimdir. Bağışla məni, Ella, bağışla! Aqata yıxıldı, Ella. Həmişə büdrəyirdi, amma yıxılmırdı. Yəqin, məni yıxılmağa qoymayan qəddarlığımdan aldığım o saxta güc idi. Amma, artıq heç o da yoxdu. Ona görə də yıxıldım! Sənlə üz-üzə gəlsəm qəlbim çox sızlayacaq, çox. Ona görə yazıram, Ella. Məni unut. Çox kömək olmağa çalışdın. Məni o çirkabdan çıxarmağa, ən əsas da məni məndən qorumağa çox çalışdın. Amma yox, Ella, yox. Olmadı! Məni mən özüm yıxdım və heç kim də artıq qaldıra bilməz. İndi isə sakit bir kənara çəkilib, artıq narkomaniya nəticəsində yaranıb, məni hər günkü gün daha da yıxan amansız xəstəliyin birdəfəlik sonumu gətirəcəyi günü gözləyirəm. Sən mənə ailəmdən qalan yeganə insan idin, dostdan artıq doğmam idin. Hə, Ella, öz sayəmdə xəstəyəm də. Beləcə, bu həmişə nifrət etdiyim həyat sonumu gətirir. Mən həmişə ona nifrət eləmişdim, indi də o məndən qisasını alır. Hər şey qarşılıqlıdı, ona 

görə də mənə oxunan bu hökmü çox rahat qəbul edirəm. Bağışla, Ella, mən artıq məhv oluram. Aqata çökdü, çökdürdülər, ya da özü özünü çökdürdü, hər nədisə. Çəkilirəm, həyat qalib gəldi, neynəyə bilərəm... Əlvida, dostum, əlvida. Əslində əlvida deməyi də xoşlamıram, bilirsən, mənə görə əlvida deyəndə hələ yenə görüşmək şansı olur. Ona görə də həmişəki sözümlə deyim; SAĞOL! Məni xatırlamaq istəsən, saxta müqəddəslər tanrısı kimi də xatırlayarsan, Ella. Sağol!
                                                                     Aqata Halverson, 27 avqust,  2018-ci il. 

 

Vəcihə Ağazadə,
BDU, Sabah qrupu, Kimya fakültəsinin tələbəsi

 

 

Digər yazılar

Müvəffəqiyyətin dörd şərti – Yüksək bal toplamış tələbəmiz sadalayır

Özfəaliyyətin fəalları

“Məni mən edən səhvlərimdir”

BDU-da “Milli irsimiz və dəyərlərimiz`` adlı intellektual yarışma keçirilib

BDU-da “Kitabqurdu" klubu fəaliyyətə başlayıb

“Tələbədən tələbəyə”nin təlimçisi fotojurnalistikadan danışıb

Tələbəmiz "Mən Azərbaycanlıyam" intellektual oyununun qalibi oldu

Özfəaliyyətin fəalları

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb

“Məni mən edən səhvlərimdir”

“Özümü sosial həyatdan da təcrid etməmişdim”

İslamda nəfslə mübarizə

“Hər kəs öz yolunu tapmalı”

“Let it be” hansı hekayənin davamı idi? 

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində intellektual oyun keçirilib

BDU-da intellektual yarış keçirilib

Tərcümə sənətdir, yoxsa istedad?

BDU-nun magistrantı beynəlxalq elmi konfransda çıxış edib

"Uğurlarımın sirri işi sevərək etməyimdədir"

"Gözlərim açılsaydı, ilk olaraq övladlarımı görmək istərdim..."