545 14-11-2018

Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Bakı Dövlət Universitetində professor–müəllim heyətinin iştirakı ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, o cümlədən BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb. 
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018/2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı ətraflı məruzə edib. 
Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova SABAH qruplarında tədrisin təşkili barədə məlumat veriblər. 


Şura üzvlərinin məruzələr ətrafında fikirləri dinlənildikdən sonra elm-təhsil sahəsindəki uğurlarına görə təltif edilən alimlər və yubilyarlar mükafatlandırılıblar. 
 Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru İfrat Əliyeva, Fizika fakültəsinin dekanı, professor  Məhəmmədəli Ramazanov yubileyləri münasibətilə universitetin Fəxri Fərmanı, Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professor Sabir Mirzəyev isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar. İclasda Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis  Əliyevin Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil işçisi” medalı ilə təltif olunması,  Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə  Hüseynovanın Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilməsi də nəzərə çatdırılıb.
 İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb. 
 
 

 
 
: . 

Digər yazılar

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

“Clarivate Analytics” şirkəti BDU-da alim və tədqiqatçıları maarifləndirmək məqsədilə növbəti seminar-treninqlər keçirəcək

Rektor BDU-nun vyetnamlı məzunlarını 100 illik yubileyə dəvət etdi

Ombudsman Elmira Süleymanova BDU-da magistr dissertasiyalarının müdafəsinə rəhbərlik edib

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub

BDU-nun “Baku Crystal Hall”da möhtəşəm Məzun Günü

BDU-nun alimlərinin 2019-cu ildə dərc etdirdiyi 137 məqalə “Web of Science” bazasına daxil edilib

BDU-da professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

BDU-nun Hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib

BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

BDU-da 2405 qrupda imtahan verilib, 300-ə yaxın şikayətə baxılıb

Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər

BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

Təhsil naziri və BDU-nun rektoru UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub